Quba Ziya Məmmədovdan alınır

Nəqliyyat naziri yoxlamalar nəticəsində bu rayonu itirmək təhlükəsilə üzləşib

 

Nəqliyyat naziri Ziya Məmmədovun Qubadakı hökmranlığına son qoyulur. Bu barədə “Azadlıq”a daxil olan məlumatlarda deyilir ki, nazirin Qubadakı iri obyektləri, istirahət mərkəzləri onun əlindən alınacaq.
Məlumatlarda deyilir ki, rayon bütövlükdə hakim ailənin nəzarətinə keçəcək. Qubanın Ziya Məmmədovun əlindən alınmasına səbəb isə onunla bağlı aparılan yoxlamalar zamanı hakim ailənin ürəyincə olmayan  faktların üzə çıxmasıdır. Məlumatlara görə, yoxlamaların tam başa çatandan sonra nəticələrin ürəkaçan olmayacağı təqdirdə Ziya Məmmədov bunun bədəli olaraq başqa obyektlərindən imtina etmək məcburiyyətində olacaq.

 

Informasiya şöbəsi