Orduda bir gün də xidmət etməyən nazir oğlu zabit rütbəsi daşıyır
Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) istefada olan polkovniki Əzizağa Süleymanov general-polkovnik Vaqif Axudova qarşı ittihamlar irəli sürüb.
Milli Qvardiyada əsgərlərin müəmmalı ölümü, təqsirli olan şəxslərin cəzalandırılmaması, həmçinin XDMX-nin yüksək rütbəli şəxslərinin qəfil ölümləri ilə bağlı narahatçılıq keçirən Süleymanov həmçinin Axundovu qohumlarını vəzifəyə gətirməkdə günahlandırıb. “Bizim yol” qəzetinin yazdığına görə, Ə.Süleymanov “Wikileaks” saytında sənaye və energetika naziri Natiq Əliyevin “Müharibə hər şeyi məhv edə bilər” fikrini də şərh edib. Polkovnikin sözlərinə görə, Natiq Əliyevin oğlu Milli Qvardiyada leytenant olub. Baxmayaraq ki, o, orduda bir gün də olsa xidmət etməyib. Oğlu əsgər paltarı geyməyən ata isə təbii ki, müharibənin başlamasını istəməyəcək.



