Kişinyov meri: «Rusiyanın baş naziri Moldovanı təhqir edib, bizim sifətimizə tüpürüblər»
“Rusiyanın baş naziri Vladimir Putin qondarma Dnestryanı respublikası Ali sovetinin sədri Anatoli Kaminskiyə təbrik məktubu göndərməklə Moldova hakimiyyətini təhqir edib”. Moldovanın paytaxtı Kişinyovun meri Dorin Kirtoake belə bir bəyanatla çıxış edib. Sözügedən məktubda Putin Kaminskinin “Yenilənmə” partiyasına uğurlar arzulayıb.
Dorin Kirtoake bəyan edib ki, Rusiya Dnestryanını ayrıca dövlət kimi tanıyır. “Bizim sifətimizə tüpürüblər. Mən Moldova dövlətçiliyinin müdafiəçilərinin, xüsusən kommunistlərin reaksiyasını görmək istəyirəm. Bizim ləyaqətimiz kilovatlarla və kubmetr qazlarla ölçülmür”, – deyə Dorin Kirtoake bildirib.



