Azərbaycan kitabının nəşr tarixi

Qədim kitablarımızın çoxu xarici kitabxanalardadır

Hər bir xalqın tarixindəÿolduğu kimi, Azərbaycan xalqının da mənəvi sərvət xəzinəsində ən şərəfli yerlərdən birini əlyazma kitabları tutur. Azərbaycanda əlyazma kitablarının inkişafı kağız istehsalının geniş vüsət alması ilə bağlı olmuşdur. Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Təbriz şəhərində VIII-XIII əsrlərdə kağız istehsal edən karxananın meydana gəlməsi bir çox qədim abidələrin və dəyərli əsərlərin yazıya köçürülməsinə güclü təkan vermişdir.

Azərbaycanda kitab mədəniyyətinin tarixi çox qədim dövrlərə gedib çıxır. Kitab nəşrinin ən vacib ünsürlərindənÿ olan yazı və əlifba Azərbaycanda bir neçə tarixiÿ inkişafÿ mərhələsi keçmişdir. Hələ eramızdan əvvəlkiÿdövrlərdə respublikamızın ərazisində mixi yazılardan istifadə ÿolunmuşdur.ÿ Əcdadlarımız olan qədim türklər isə eramızın ilk əsrlərində Orxon-Yenisey, qədim uyğur və s. əlifbalardan istifadə etmişlər. V əsrin birinci yarısında alban əlifbası meydana gəlmişdir.

Çox təəssüflər olsun ki, ərəb istilasına (VIII əsr)ÿ qədər və ərəb xilafəti dövründə yaradılan əlyazma kitablarıÿ müxtəlif səbəblər üzündən günümüzə qədər gəlibÿ çatmamışdır.

Günümüzə qədər gəlib çatanÿ ən qədim əlyazma kitabının, Təbərinin “Quranın şərhi” əsərinin üzü 1220-1225-ci illərdəÿ köçürülmüşdür. Hazırda həmin əlyazma kitabı Paris Milli Kitabxanasında saxlanılır. XIII əsrdə üzü köçürülən əlyazma kitablarından Nizami Gəncəvinin “Iskəndərnamə”si (1233) Tehranda şəxsi kitabxanada, “Sirlər Xəzinəsi” (1239) Londonun “Indiya Offis” kitabxanasında, Xətib Təbrizinin “Şərhi-divani-həman” (1256), Əlaəddinÿ Cüveyninin “Monqol tarixi” (1290) və Ibn Behtuşinin “Mənəfil əl-heyvan” (1297-1298) kitabları dünyanın digər kitab xəzinələrində saxlanılır.

Sonrakı dövrlərdə də Azərbaycanÿ müəllifləri tərəfindənÿ yaradılan elmi və bədiiÿ əsərlərin həmÿ aftoqrafları, həm də müxtəlif xətt növlərində üzüÿköçürülmüş nüsxələri dünyanın bir çox kitab xəzinələrinin qiymətli sərvətinəÿ çevrilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda dünyaÿ kitabxanaları və muzeylərində Nizamiÿ Gəncəvininÿ “Xəmsə” əsərinin 792, Füzulinin əsərlərinin isəÿ 800-ə qədərÿ nüsxəsi hifz olunur. Azərbaycanın ən böyük mənəvi sərvətlərindən biri olan və 1300 illiyini 2000-ci ildə qeyd etdiyimizÿ “Kitabi-Dədə-Qorqud” dastanınınÿXV-XVI əsrlərdə yazıya köçürülmüş ən nadirÿnüsxələri Drezden və Vatikan kitabxanalarının bəzəyidir.

Mətbəə üsulu ilə çap edilən ilk Azərbaycan kitabı isə görkəmli alimÿNəsrəddin Tusininÿ1594-cü ildəÿItaliyanınÿ Roma şəhərində, “Mediçi” mətbəəsində ərəb dilində çap olunan “Təhriri Oqlidis” əsəri olmuşdur. Həmin kitab 1657-ci ildə latın dilinə çevrilərək Londonda da nəşr edilmişdir.

Azərbaycan kitabının mətbəə üsulu ilə xarici ölkələrdə çapı sonrakı dövrlərdə də davam etdirilmişdir. XVII əsrÿÿ tarixçisiÿ milliyyətcə azərbaycanlı olan Oruc bəy Bayatın “Iranlı Don Juanın kitabı” Ispaniyanın o vaxtkı paytaxtı Valyadoliddə (1604), I.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsi fransız dilində Varşavada (1835), A.Bakıxanovun “Qanuni-Qüdsi” əsəri fars (1831) və rus (1844) dillərində Tiflisdə, M.Kazımbəyin “Türk-tatar dillərinin qrammatikası” əsəri Kazan (1839) və Sankt-Peterburqda (1846),ÿN.Tusinin “Əxlaqi-Nasiri” əsəri Bombeydə (1851), M.Ş.Vazehin şeirlər kitabı Berlində (1851) çap olunmuşdur.Kitab nəşrində yeni era
Azərbaycanın özündə isə müasir çap üsulu ilə kitab nəşrinə XIX əsrin sonlarında təşəbbüs göstərilmişdir. XIX əsrin sonları – XX əsrin əvvəllərində Azərbaycanda ÿilk müasir mətbəələr meydana gəlmişdir. 1889-cu ildə Bakıda 5 mətbəə və 1 tipolitoqrafiya var idisə, 1900-cu ildə burada artıq 16 mətbəə fəaliyyət göstərirdi.

Kitab nəşri işi Azərbaycanda sovet hakimiyyəti dövründə genişləndi. Mətbuat və nəşriyyat işlərinə rəhbərlik etmək üçün 1920-ci ilin may ayında Xalq Maarif Komissarlığında Azərbaycan Mətbuat Mərkəzi təşkil edildi. 1923-ci ildə nəşriyyatların fəaliyyətinə nəzarəti gücləndirmək məqsədilə Ədəbiyyat və Nəşriyyat Komitəsi təsis olundu.

1924-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”ÿ yaradıldı və kitab nəşri işi ilə yanaşı kitab ticarəti də ona tapşırıldı. Bu nəşriyyat fəaliyyətinin ilk illərində bədii ədəbiyyat və uşaq kitabları nəşr edirdi.Artıq Sovet hakimiyyətinin ilk illərində – 1920-1926-cı illərdə Azərbaycanda 779 adda 4 milyon nüsxədən çox kitab nəşr olunmuşdu.1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra özəl nəşriyyat və nəşriyyat-poliqrafiya müəssisələri əmələ gəlməyə başladı. Nəşriyyat-poliqrafiya fəaliyyətinə dövlət nəzarəti zəiflədi və 1998-ci ildə senzura tamamilə aradan qaldırıldı. Dövlət nəşriyyatlarına dövlət təminatı xeyli azadıldı.

Ilk dövrdə həm dövlət, həm də özəl nəşriyyatların fəaliyyətində müəyyən canlanma hiss olunurdu. Lakin bu canlanma çox da uzun sürmədi. Bazar iqtisadiyyatına keçidlə bağlı üzə çıxan problemlər kitab nəşri işinə də öz mənfi təsirini göstərdi. Son dövrlərdə nəşr edilən kitabların tirajı hədsiz dərəcədə aşağıdır. 60-80-ci illərdə bədii əsərlər orta hesabla 20-30 min nüsxə, elmi kitablar isə 3-7 min nüsxə tirajla nəşr olunurdusa, indi bədii kitabların tirajı əksər hallarda 500-1000 nüsxə, elmi kitabların tirajı isə 300-500 nüsxə olur.

Azərbaycanda kitab nəşri işinin zəifləməsinə, tirajların xeyli aşağı düşməsinə başqa bir obyektiv amil də mənfi təsir göstərir. Bu amil əlifba dəyişikliyi ilə bağlıdır. Son əsrdə Azərbaycanda əlifba üç dəfə dəyişib. 1929-cu ildən ərəb əlifbasından latın qrafikasına, 1939-cu ildən kirillÿ əlifbasına 1992-ci ildən isə təkrar latına keçilməsi kitab nəşri işində də böyük çətinliklər törətmişdir..

Hazırda Azərbaycanda 85 nəşriyyat və nəşriyyat-poliqrafiya müəssisəsi fəaliyyət göstərir. Onların əksəriyyəti ölkənin paytaxtı Bakıda yerləşir. Gəncə və Naxçıvanda 2, Sumqayıt və Qəbələdə 1 nəşriyyat mövcuddur.

Tirajı getdikcə azalan kitab nəşri

Sovet dövründə nəşr olunan kitabların xeyli hissəsini kütləvi-siyasi ədəbiyyat təşkil edirdi. Bununla yanaşı digər ədəbiyyatların – elmi, bədii, uşaq və s. kitabların da nəşrinəÿ ciddi fikir verilirdi. 70-80-ci illərdə kitab sektorunun müxtəlif sahələrində ixtisaslaşan müəssisələr yaradılmışdı. Belə ki, dərsliklərin və digər tədris-pedoqoji ədəbiyyatların nəşri ilə əsasən “Maarif” nəşriyyatı, bədii əsərlərin nəşri ilə “Azərnəşr” və ÿ”Yazıçı” nəşriyyatları, uşaq və gənclər üçün ədəbiyyatın nəşri ilə “Gənclik” nəşriyyatı, plakat, fotoalbom, incəsənətə dair əsərlərinÿ nəşri ilə “Işıq” nəşriyyatı, elmi əsərlərin nəşri ilə isə “Elm” nəşriyyatı məşğul olurdu.

Həmin illərdə xarici ölkələrin ədəbiyyat nümunələrinin nəşrinə də xeyli diqqət yetirilirdi. 80-ci illərdə “Gənclik” nəşriyyatı hər bir cildi 40 min ÿnüsxə tirajla 53 cildlik “Dünya Uşaq Ədəbiyyatı Kitabxanası” seriyasını nəşr edib başa çatdırmışdı. “Yazıçı” nəşriyyatı isə 100 cildlik “Dünya Ədəbiyyatı Kitabxanası” seriyasının nəşrinə başlamış və bu seriyadan 30-dan çox kitab nəşr etmişdi. Iqtisadi tənəzzülÿ ucbatından həmin seriyanın nəşri sonralar dayandırıldı.

Sovet dövründə kitab yayımı vahid sistemə malik idi. Keçmiş Mətbuat və Informasiya Nazirliyinin “Azərkitab” Kitabÿ Ticarəti Idarəsi şəhər yerlərində, “Azərittifaq”ın “Kəndkoopkitab” Kitab Ticarəti Idarəsi kənd yerlərində kitab satışı ilə məşğul olurdu. Kitabxana Kollektoru respublikadakı kitabxanalarıÿ kitabla təmin edirdi. Bazarÿ iqtisadiyyatına keçid dövründə bu sistem iflasa uğradı. “Azərkitab”ın ÿmağazalarının əksəriyyəti özəlləşdirildiÿ və öz profilini dəyişdi.

Hazırda kitab yayımı ilə ya nəşriyyatların, ya da kitab müəlliflərinin özləri məşğul olurlar. Nəşriyyatların, demək olar ki, heç birinin (“Azərnəşr” və ÿ”Gənclik” istisna edilməklə) öz mağazası yoxdur. Marketinq və reklam işi sıfır dərəcəsindədir. Özəl kitab satışı mərkəzləri olduqca azdır və onların nəşriyyatlarla əlaqələri son dərəcə zəifdir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər QrupuKIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir