Namiq Abbasov sabiq müstəntiq Ramin Nağıyevin dediklərinə münasibət bildirməkdən yayındı
Sabiq milli təhlükəsizlik naziri, hazırda Azərbaycanın Özbəkistanda səfiri olan Namiq Abbasov MTN-nin xüsusilə mühüm işlər üzrə sabiq müstəntiqi Ramin Nağıyevin ittihamlarına cavab verməyib. Bu barədə məlumatı “Bizim Yol” qəzeti yayıb. Qəzet yazır ki, sabiq müstəntiqin ittihamları ilə bağlı Namiq Abbasova müraciət edilsə də, o, bu barədə danışmaq istəməyib. Səfirin köməkçisi qəzetin əməkdaşına belə deyib.
Xatırladaq ki, Ramin Nağıyev Afiyyəddin Cəlilovla Şəmsi Rəhimovun qətləri ilə bağlı “Azadlıq”a silsilə yazılar yazıb. Həmin cinayət işinin istintaqını aparan müstəntiq kimi bir sıra qaranlıq məqamlara aydınlıq gətirib. Ramin Nağıyevin yazılarında bu cinayətlərin yüksək vəzifəli şəxslər, o cümlədən MTN-in o zamankı rəhbəri Namiq Abbasov tərəfindən ört-basdır edildiyini vurğulayıb.