Cənab leytenant, bizi bağışla…

“Mənim Vətənimin 20 faizi ermənilərin işğalı altındadır. Mənin doğma yurdum Cəbrayıl mənim doğum günümdə işğal edilib. Mənim ailəm də daxil olmaqla bir milyon soydaşım öz doğma yurdundan didərgin düşdü. Və hələ də işğal altındadır. Və tarixdə çox az rastlanılan bir vəhşiliklə məsum insanlar, körpələr, qadınlar yaşlılar öldürüldü. Mənim yaxınlarım, doğmalarım da gözlərim önündə erməni vəhşiliyinin qurbanı oldu. Bu mənim uşaqlığımın ən acı xatirələridir. Erməni zabitlər tərəfindən edilən təhqirlər, içimdə boğmağa çalışmaq istədiyim hisslərimin yenidən oyanmasına səbəb oldu. Bayrağımızla ilgili qəbuledilməz həqarətləri və divarı döyərək ”oxumaq zamanı deyil, vuruşmaq zamanıdır” demələrinə biganə qala bilməzdim”.

Bu sözlər Budapeştdəki məhkəmədə hamını özünə heyran buraxan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun son sozü idi. Doğrudan da həyəcansız dinləmək olmur bu çıxışı. Məhkəmə onu ömürlük həbsə məhkum etdi və bu, dünya hərbi məhkəmələr tarixinə ən ədalətsiz qərar kimi düşdü. Buna bənzər onlarla oxşar hallar var ki, cəzası ən çoxu 4-8 il olub. ABŞ-ın Vyetnamdakı əməliyyatları zamanı, Yuqoslaviyadakı əməliyyatlar zamanı, rus-çeçen savaşı dövründə oxşar hallarda belə, bu qədər qəddarcasına mühakiməyə rast gəlinməyib. Bu, ermənilərin qələbəsidir. Onlar bizdən fərqli olaraq dövlət və bütün lobbi resurslarını bu istiqamətdə səfərbər etdilər və qalib gəldilər. Bizim sadəlövhlüklə “güvəndiklərimiz” isə “sakit olun, hər şey yaxşı olacaq” ifadələri ilə Ramili müdafiə edəcəklərini desələr də, hökm ağlımıza belə gətirə bilməyəcəyimiz şəkildə ağır oldu. Ramil isə bu cəzanı müqayisə edilməyəcək bir səbrlə, mətanətlə qarşıladı və ölənədək formaya və bayrağa sadiq qalacağını heyrətamiz bir şəkildə ifadə etdi…

…Nə qədər ağır olsa da deməliyik ki, Ramili unutdurmaq, onun bu ölçüyəgəlməz vətən, bayraq sevgisini qısqananlar da  var. Şəmistan Əlizamanlının sanki Ramil üçün oxuduğu “Cənab leytenant” mahnısı, qəhrəmanı kimi “həbsdədir”. Bütün bunlar azmış kimi, Cümşüd Nuriyev adlı birisi onun bu qəhrəmanlığına kölgə salmaq üçün, əxlaqa və vicdana sığmayan sərsəm fikirlərdən çəkinmir belə. Bütün Azərbaycana məlumdur ki, bu adam K.Heydərovun çətiri altındadır və bu oliqarxın maraqlarını müdafiə edir və göstərilən xətdən bir santimetr belə, kənara çıxmır. Bu adamım ölkənin əsas monopolistlərindən birini qoyub o birilərini topa tutması onun ikiüzlülüyünün bariz nümunəsidir. Lakin görünür, qulluq etdiyi başqaları da varmış. Ramil Səfərova hücum isə təsadüfi deyil. Ramil hazırda Budapeşt həbsxanasında, macar klassik ədəbiyyatından sayca ikinci romanı tərcümə edir, demək, maraqlı və xoş sürprizlər ola bilər. Məndə olan informasiyalara görə, Ramilə Macarıstanda münasibət artıq dəyişib və hətta yerli mətbuatda ona münasibətdə xeyli dəyişiklik var. Deməli, Ermənistanda və təəssüflər olsun ki, Azərbaycanda bundan narahat olanlar var. Müsahibənin bu hissəsi isə, gələcəkdə Budapeştdə çox asanlıqla dəlil kimi istifadə oluna bilər. Bütün məsuliyyətimlə deyə bilərəm ki, bu, xüsusi sifarişdir və artıq icra olunub. Əgər C.Nuriyev belə emosiyalıdırsa, bu qətli Xocalı soyqırımına kiçik bir cavab kimi ifadə edə bilərdi. Nəhayət, Ramilə şər atmaq cəsarətinin haradan qaynaqlandığı çox maraqlıdır.

Nə edirsinizsə, edin gənclik qəhrəmanlarını özü seçir. O, RAMILDIR, O, MÜBARIZDIR, O, VƏTƏN UĞRUNDA CANINDAN KEÇƏNDIR.

…Azərbaycan insanının qəlbindən Ramil sevgisini çıxarmaq mümkün deyil, axı o, SAĞ OLAN ƏN BÖYÜK QƏHRƏMANIMIZDIR.