saakasvili

“Rusiyanı Osmanlının aqibəti gözləyir”

Saakaşvili: “Yürütdüyü təcavüzkar siyasətdən əl çəkməsə Rusyanın çökməsi qaçılmazdır”

Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın ünvanına yeni ittihamlar səsləndirib. Saakaşvili Müdafiə Nazirliyinin Milli Müdafiə Akademiyasına məxsus bir kompleksin açılışında çıxış edərkən deyib ki, Rusiya 19-cu əsrə xas təcavüzkar siyasət yürüdür və onun axırı Osmanlı İmperiyası kimi olacaq.
“Əslində Rusiya çox ağır durumdadır. Düşdüyü böhran davam etsə və yürütdüyü təcavüzkar siyasətdən əl çəkməsə Rusyanın daha da zəifləməsi və çökməsi qaçılmazdır. Eynən keçmişdə Səlcuq, Monqol, Osmanlı ve İran imperiyalarının üzləşdiyi kimi”.
Gürcüstanın “strateji səbrə” ehtiyacı olduğunu söyləyən Saakaşvili “Tarixdən öyrəndiyimiz budur” deyə fikrini tamamlayıb.