“Yol xəritəsi” diplomatlarla müzakirə ediləcək

Vidadi Mirkamal: «Biz ölkə ziyalılarından da reaksiya gözləyirik»

Ictimai Palata “Demokratiyaya keçidin yol xəritəsi” sənədini rəsmi qurumlarla yanaşı, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri ilə də müzakirə etmək niyyətindədir.
Qurumun Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal artıq bu istiqamətdə müəyyən iş getdiyini bildirir: “Danışıqlar gedir, yəqin ki, yaxın vaxtlarda görüş olacaq. Hazırda bu görüşlərin baş tutması üçün cəhdlər edilir. Istəyirik ki, diplomatlarla müzakirə aparıb müəyyən məsələləri məsləhətləşək”.
V.Mirkamal ölkə ziyalılarından da “Yol xəritəsinə” reaksiya gözlədiklərini bildirir: “Yol xəritəsi”nin mətni mətbuatda dərc olunub. Biz istəyirik ki, təkcə səfirliklərin yox, Azərbaycan ziyalılarının da münasibətini bilək. Yaxşı olar ki, ölkə ziyalıları, hüquqşünaslar, iqtisadçılar mətbuatda bu sənədlə bağlı mövqelərini açıqlasınlar”.

Gültəkin