“Barmek”in cəzalandırılma səbəbi “WikiLeaks”də

Beynəlxalq maliyyə qurumlarının təmsilçiləri Azərbaycandakı korrupsiyadan dəhşətə gəlib

Ramiz Mehdiyev səfirə “yeni, konstruktiv müxalifətin formalaşdırılması üçün ABŞ-ın dəstəyinə ehtiyacımız var” deyib

WikiLeaks saytının açıqladığı ABŞ diplomatlarına aid məxfi teleqramların dərcini davam etdiririk. Bu dəfə yayımlanan gizli məktublar ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2006-cı ilin iyulun 11-də Vaşinqtona göndərdiyi 3 məxfi teleqramda diplomatın müxtəlif vaxtlarda baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) prezidenti Devid Vudvordla keçirdiyi görüşlərin təfərrütaları yer alır.

Artur Rəsizadə Enn Dersi ilə nədən danışıb?

Enn Dersi qeyd edir ki, baş nazir Artur Rəsizadə ilə görüşü zamanı ABŞ-Azərbaycan münasitələrinin gələcək perspektivləri, Azərbaycanda siyasi-iqtisadi islahatlar, ölkəmizin regiondakı mövqeyi, qlobal terrorizmə qarşı mübarizədə Bakının Vaşinqtona və müttəfiqlərinə göstərdiyi dəstək müzakirə olunub. Səfir baş naziri əmin edib ki, ABŞ Azərbaycanda siyasi-iqtisadi islahatların həyata keçirilməsi istiqamətində səylərini davam etdirəcək. Dersi əlavə edib ki, Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü onun iqtisadi islahatlarının sürətlənməsinə təkan verəcək.
Baş nazir səfirdən soruşub ki, nəyə görə ABŞ Konqresi Dağlıq Qarabağa 5 milyon dollar yardım ayrılmasına dair qərar çıxarsa da, Abxaziya belə yardımlardan kənarda qalıb. Baş nazir səfirdən xahiş edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırsın. Iranla münasibətlərə toxunan Rəsizadə səfirə bildirib ki, Tehran rejimi islam inqilabının Azərbaycana ixracı istiqamətində ciddi iş görür. Hökumət başçısı Iranın bu işdə xüsusi xidmət orqanlarından və humanitar yardımlardan faydalandığını səfirin diqqətinə çatdırıb. Baş nazir bildirib ki, hökumət islam inqilabının Azərbaycanda baş verməsini istəmir, ancaq Iranla da normal qonşuluq münasibətlərini qorumaq fikrindədir. Rəsizadə Naxçıvanın enerji təchizatına istinad edərək “biz Irandan asılıyıq” deyib. O, həmçinin əlavə edib ki, Iran Azərbaycanın ABŞ və Israillə münasibətlərinin yaxşı olmasını istəmir və bu münasibətlərin möhkəmlənməsindən qıcıqlanır. Rəsizadə səfirin diqqətinə çatdırıb ki, Azərbaycan ABŞ-la münasibətlərinə yüksək qiymət verir. ABŞ-ı Azərbaycanda sabitlik və müstəqilliyin qarantı kimi görür.

PA rəhbəri qonşu dövlətlərin ölkəmizdəki güclü təsirini etiraf edib

Enn Dersi 2006-cı il 11 iyulda qələmə aldığı məxfi teleqramında yazır ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüş zamanı səfir ikitərəfli münasibətlərin prioritetlərini açıqlayıb. Dersi bildirib ki, ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşdırılması istiqamətində əsas prioritetlerdən biri də siyasi-iqtisadi islahatların həyata keçirilməsidir. Diplomat qeyd edib ki, Azərbaycanın uzunmüddətli inkişafı üçün bu islahatların həyata keçirilməsi qaçılmazdır. Mehdiyev isə ölkə başçısı Ilham Əliyevin islahatçı olduğunu xatırladaraq onun ölkədə köklü islahatların həyata keçirilməsinə çalışdığını bildirib. PA rəhbəri onu da əlavə edib ki, qonşu ölkələrin Azərbaycanda təsirinin güclü olması və vətəndaşlarımızın uzun müddət sovet imperiyası daxilində totalitar idarəçilikdə yaşamasının mentalitetə təsiri üzündən demokratik ənənələrin ölkəmizdə möhkəmlənməsi prosesi ləng gedir.

Mehdiyev ABŞ-dan nə istəyib?

Müzakirələr zamanı Mehdiyev bəzi müxalif qüvvələrin Irandakı radikallardan dəstək aldığını da səfirə söyləyib. PA rəhbəri bundan başqa, “radikal müxalifət”in xarici dövlətlərin təsirində olduğunu da bidirib. O, Müsavat partiyasının 2003-cü il prezident seçkiləri zamanı Iran xüsusi xidmət orqanlarından maliyyə dəstəyi aldığını da səfirin diqqətinə çatdırıb. Mehdiyev Azərbaycanda demokratiyanın müxalifətin iştirakı olmadan inkişaf etməyəcəyini də söyləyib. Əlavə edib ki, müxalifət radikal yox, konstruktiv olmalıdır. Azərbaycan radikal və dağıdıcı müxalifətin formalaşmasına, eləcə də güclənməsinə yol verə bilməz. PA rəhbəri yeni konstruktiv müxalifətin formalaşdırılması üçün ABŞ-ın dəstəyinə ehtiyac olduğunu da diplomata bildirib.
ABƏŞ prezidenti: “Heydər Əliyevdən sonra ölkədə iqtisadi vəziyyət daha da ağırlaşıb”
ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Enn Dersi elə həmin gün Vaşinqtona ünvanladığı məxfi teleqramında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) prezidenti Devid Vudvordla görüşünün təfərrüatlarını yazıb. ABƏŞ prezidenti səfirlə görüşündə bildirib ki, eks ölkə başçısı Heydər Əliyevin vəfatından sonra beynəlxalq korporasiyaların və xarici enerji şirkətlərinin Azəbaycanda faəliyyəti, elcə də də ölkədə iqtisadi durum mənfiyə doğru dəyişib. Indiki ölkə başçısı Ilham Əliyev hökumət üzərində, eləcə də ARDNŞ kimi dövlət qurumlarına münasibətdə liderliyini qoruya bilməyib. Vudvord qeyd edib ki, mövcud layihələrin hökumətin ayrı-ayrı qurumlarının maraqlarına uyğunlaşdırılmasına cəhd göstərilir. Ilham Əliyevin atası kimi “qəddar” olmadığı söylənilir. Onun ətrafına geniş imkanlar yaratması vəziyyəti daha da çətinləşdirir.

Devid Vudvord həyəcan təbili çalıb

Azərbaycana gələn neft gəlirlərinə toxunan ABƏŞ prezidenti Devid Vudvord bildirib ki, yaxın illərdə ölkəyə daxil olan gəlirlər sunami effekti yaradacaq. Külli miqdarda maliyyənin ölkəyə daxil olması da ciddi narahatlqı yaradır. Çünki ölkədə yetərli infrastrukturun olmaması gələn gəlirlərin effektli istifadəsinə imkan verməyəcək. Azərbaycan külli miqdarda gəlirlərin axınına hazır deyil. Vudvord həmçinin bildirib ki, Azərbaycan hökumətindəki bəzi rəsmilər xarici enerji şirkətlərini hədəf götürüblər. Onlar şirkətləri Azərbaycanın enerji resurslarından qeyri-bərabər istifadədə ittiham edirlər.

“Barmek” niyə cəzalandırılıb?

Enn Dersi 2006-cı il 21 iyul tarixli məxfi teleqramında isə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə qurumlarının təmsilçiləri ilə apardığı müzakirlərin təfərrüatını yazıb. Səfir qeyd edir ki, Beynəlxalq Valyuta Fondunun, Asiya Inkişaf Bankının, Avropa Yenidənqurma və Inkişaf Bankının nümayəndələri ilə səhər yeməyi zamanı maliyyə qurumlarının Azərbaycanda fəaliyyəti, onların üzləşdiyi problemlər ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq maliyyə təşkilatlarının təmsilçiləri bildiriblər ki, Azərbaycanda başlıca prblemlərdən biri korrupsiyadır. Azərbaycan hökuməti korrupsiyaya qarşı səmərəli heç bir iş görməyib. Qəbul olunan qanunlara hörmət edilmir. Onlar əlavə ediblər ki, korrupsiyaya qarşı mədəni normalara belə məhəl qoyulmur. Problemin həllinə yönəlik konkret addımlar atılmır. Azərbaycanlılar bu sistemə riayət etməyə məcbur olublar. Çünki alernativ imkanlara çıxış yoxdur. Təmsilçilər nümunə kimi Türkiyənin “Barmek” şirkətiylə bağlı olayları göstəriblər. Maliyyə qurumlarının nümayəndələri “Barmek”in korrupsiya əməliyyatlarında iştirakdan yayındığı üçün cəzalandırıldığını da bildiriblər.

Siyasət şöbəsi

“WikiLeaks” ARXİVİ:

İlham Əliyev ABŞ-a Fərhad Əliyev haqda nə deyib?

Natiq Əliyev İlham Əliyevin əleyhinə danışıb

Əliyev Türkiyəyə yalançı və satqın deyib

İqtidardaxili savaşın şok detalları

XİN əməkdaşları İlham Əliyevi satıb

Bəylər Əyyubov Fransız şirkətindən faiz istəyib

İsrail səfiri Əliyevi “satıb”

“Ramiz Mehdiyev soruşdu ki, Əliyevə inanırsan?!”

Əliyev Kramerlə nəyə görə savaşıb?

Mehdiyev İranın məxfi məktubunu ABŞ-a ötürüb

Əliyev “diktator” sözündən qəzəbləndiyini etiraf edib

«WikiLeaks»dən “Azadlıq” və ANS-lə bağlı şok faktlar

Nazir Elmarın qətlilə bağlı ABŞ səfirinə nə deyib?

İlham Əliyev Saakaşvilini Şimali Koreya diktatoruna bənzədib

“WikiLeaks”in Əliyevlər haqda açdığı yeni sirlər

İlham Əliyevin sərvəti kimin adınadır?

“WikiLeaks” müxalifətin də sirlərini yaydı

Əliyev İranı “vəhşi heyvan”a bənzədib