Trabzonspor İnteri keçdi(VİDEO)

Çempionlar Liqasının (ÇL) qrup mərhələsində I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, 4 qrupda 8 oyun baş tutub.

Günün, həm də turun ən böyük sensasiyası İtaliyada qeydə alınıb. Hələ yarışın təsnifat mərhələsində mübarizəni dayandıran, lakin “Fənərbaxça”nın cəzalanması sayəsində yarışa buraxılan “Trabzonspor” “İnter”in meydanında qalib gəlib. Milanı şoka salan türkiyəlilər qələbəni 1 qolla qazanıb.
14 sentyabr

A qrupu

“Vilyarreal” (İspaniya) – “Bavariya” (Almaniya) – 0:2
QOLLAR: Kross, 7; Rafinya, 76
“Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) – 1:1
QOLLAR: Kolarov, 74 – Kevani, 69

B qrupu

“İnter” (İtaliya) – “Trabzonspor” (Türkiyə) – 0:1
QOL: Çelustka, 76
“Lill” (Fransa) – MOİK (Rusiya) – 2:2
QOLLAR: Soy, 45; Pedretti, 57 – Dumbiya, 72;90

C qrupu

“Benfika” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə) – 1:1
QOLLAR: Kordozo, 24 – Giqqz, 42
“Bazel” (İsveçrə) – “Otselul” (Rumıniya) – 2:1
QOLLAR: Fray, 39; 84 (pen); – Pena, 58

D qrupu

“Ayaks” (Hollandiya) – “Lion” (Fransa) – 0:0
“Dinamo” (Xorvatiya) – “Real” (İspaniya) – 0:1
QOL: Di Mariya, 53