Britaniya İranı cəzalandırmağa hazırlaşır

XIN başçısı: «BMT-nin Irana qarşı sərt qətnamə qəbul etməsinə çalışacağıq»

Böyük Britaniya Iranda insan haqlarının pozulmasını pisləyən BMT qətnaməsinin qəbul edilməsinə çalışacaq. Bu barədə Britaniya XIN başçısı Uilyam Heyq bəyan edib.
Heyq Tehranın ərəb ölkələrindəki inqilabi hərəkatları dəstəkləyərək öz ölkəsində insan haqlarını pozmasını “ikiüzlülük” adlandırıb.
“Bu ay mən BMT Baş Assambleyasının illik toplantısında iştirak edəcəyəm. Orada biz Iranda insan haqlarının pozulmasını pisləyən sərt qətnamənin qəbul edilməsinə çalışacağıq”, deyə Heyq bildirib.