Bu gün Çempionlar Liqasının (ÇL) qrup mərhələsində I tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, 4 qrupda 8 oyun baş tutacaq.
A qrupundakı oyunlar daha çox maraq kəsb etsə də, ölkəmizdə diqqətlər daha çox B qrupuna yönələcək. Çünki qonşularımız məhz bu qrupda yer alıblar.
Azərbaycanda kifayət qədər sevilən “Trabzonspor” İtaliyada “İnter”in qonağı olacaq. Bu yarışa “Fənərbaxça”nın yerinə qatılan trabzonlular qitənin ən nüfuzlu klub turnirinə layiq olduğunu Milanda sübut etməyə çalışacaq. Şimal qonşularımızı təmsil edən MOİK isə Fransada “Lill”lə görüşəcək.
14 sentyabr
A qrupu
23:45. “Vilyarreal” (İspaniya) – “Bavariya” (Almaniya)
23:45. “Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya)
B qrupu
23:45. “İnter” (İtaliya) – “Trabzonspor” (Türkiyə)
23:45. “Lill” (Fransa) – MOİK (Rusiya)
C qrupu
23:45. “Benfika” (Portuqaliya) – “Mançester Yunayted” (İngiltərə)
23:45. “Bazel” (İsveçrə) – “Otselul” (Rumıniya)
D qrupu
23:45. “Ayaks” (Hollandiya) – “Lion” (Fransa)
23:45. “Dinamo” (Xorvatiya) – “Real” (İspaniya)