Qardaş ölkənin KIV-lərində Ilham Əliyevin «qumarxanalar kralı»na borcu olması xüsusi qabardılır
Türkiyədə məşhur “Susurluk olayı” ilə bağlı dosyenin gizli məqamlarının ictimaiyyətə açıqlanması türk mediasının gündəmini zəbt edib. Xatırladaq ki, “Azadlıq”ın ötən sayında bu barədə məlumat vermişdik.
Bildirmişdik ki, “Susurluk olay”ı ilə bağlı dosyenin açıqlanan gizli məqamları əsasən “qumarxanalar kralı” kimi tanınan, türkiyəli iş adamı Ömər Lütfi Topalın qətli ilə bağlıdır. Dosyedə Topalın Azərbaycan hakimiyyəti ilə, xüsusilə Ilham Əliyevlə ilişgiləri barədə müəyyən məlumatlar yer alıb. Qeyd olunub ki, Ilham Əliyevlə Ömər Lütfi Topal ortaq olub. Həmçinin Əliyevin Topala 500 min dollar borcu olması da vurğulanıb. Həmçinin bildirilib ki, Topalın Türkiyədən kənardakı qumarxanaları sırasında “Bakı Layihə”si də olub.
Bu məqamlar rəsmən açıqlanandan sonra türk mediası xüsusilə Əliyev-Topal ilişgilərinə geniş yer ayırıb. Artıq bir neçə gündür ki, Türkiyənin ən müxtəlif media quruluşları bu məsələ barədə yazır. Yazılarda Əliyevin Topala borcu olması xüsusi qabardılır.
ƏLAQƏDAR YAZI:
Əliyevin adı Türkiyənin məşhur cinayət dosyesində