Konfrontasiya konfederasiyası

Azərbaycan Respublikasının icra başçısı Ilham Əliyev (onun prezidentliyinin formal xarakter daşıdığı, bu adı doğrultmadığı getdikcə daha çox görsənməkdədir) ikinci qızını da Rusiyaya ərə verdi. Bu nə bir sevgi olayı, nə bir sayğı olayıdır – bu, ata-oğul Əliyevlər praqmatizminə uyğun siyasi bir olaydır. Indiki uluslararası ilişkilər sisteminə uyğun olaraq, I.Əliyevin iki yox, üç, dörd, beş qızı olsaydı, yenə hamısını Rusiyaya ərə verərdi. Özü də, indiki kimi, mütləq yəhudi qarışıqlı kimsələrlə qohumlaşmaq siyasətinə üstünlük verilərdi. Yəhudilərin dünya politik-ekonomik düzəyində tutduqları önəmli yerə, oynadıqları aparıcı rola görə!

Bəlli olduğu kimi, hər seçki öncəsi Bakıda I.Əliyevin dünya yəhudi birliklərinin liderləri ilə sıcaq görüşləri baş verir. I.Əliyev yəhudilər üçün sinaqoqdan, məktəbdən-zaddan nəsə tikdirir. Necə olursa, açılış hərlənib-fırlanıb seçki öncələrinə düşür. Buna görə seçki öncəsi dünya yəhudi birliklərinin liderləri Bakıya yığışıb I.Əliyevin keçirdiyi istənilən seçkini udmasının qarantına çevrilirlər. Bilindiyi kimi, ata-oğul Əliyevlərin Vaşinqtondakı başlıca lobbilərindən biri senator Liberman idi. Libermanla kompaniyası uzun illər ABŞ-da Əliyevlərin başlıca dayaqları rolunu oynadılar.

Əliyevlər – Rusiya konfederasiyası

Burası da bəlli bir faktdır: Barak Obama prezidentliyə gələndən azacıq sonra ABŞ-dakı lobbiçiliklə bağlı ayrıca qərarda bulundu. Bundan sonra Əliyevlərin ABŞ-dakı atı işləməz oldu. Xeyli də pulları batdı. Bu gün dünyada baş verən proseslər – YENI DÜNYA DÜZƏNI – Əliyevləri, demək olar, bütünlüklə ABŞ-dan, eləcə də Avropadan əllərini üzməyə, üz döndərməyə, bütünlüklə Rusiyaya arxalanmağa, yalnız Rusiyaya bağlanmağa gətirib çıxarıb. Ərəb ölkələrində baş verən son proseslər də Əliyevlərə Rusiyadan savayı sığınacaq-güman yeri qoymur. Ata-oğul Əliyevlərin Azərbaycandan oğurladıqları milyardları qoruyub saxlamaq üçün qarantiyalı ölkə axtarılır. Göründüyü kimi, Rusiya Əliyevlər üçün belə bir ölkə sayılır. Görünür, bunlar özünün ölkə əlaltı-satellitlərini sata-sata gələn Rusiyanı hələ də tanımırlar. Tanısalar belə, indilikdə bundan başqa yol tapmaq da çətindır: suda boğulan saman çöpünə əl atır! ABŞ bu gün bütün diktatorları, diktatura recimlərini “suda boğulan” durumuna gətirib çıxarıb.

Azərbaycanla Rusiya arasında ən azı iki yüz illik bir konfrontasiya var. Rusiya indiyədək Azərbaycana çox böyük yaralar vurub – sağalması çətin yaralar! Rusiya Azərbaycanı böyük işğal-aqressiya axarında parça-parça eləyib. Rusiya Azərbaycanı Güneyə, Quzeyə bölüb. Rusiya Azərbaycan torpaqlarında (Batı Azərbaycan) Azərbaycana düşmən “Ermənistan” yaradıb. Rusiya Borçalını, Dərbəndi Azərbaycandan qoparıb. Rusiyanın Azərbaycandan sonuncu qopardığı hələlik Qarabağdır. Bütün bunlar Azərbaycanla Rusiya arasındakı konfrontasiyaya istər-istəməz çözülməz xarakter verir.

Milli kimlik baxımından Əliyevlərin maraqları 1969-dan bu yana başında durduqları xalqın maraqları ilə konfrontasiya durumundadır. Oğul Əliyev bu maraqları uzlaşdıra, arada yumşaqlıq yarada bilərdi. Ancaq o, atadanqalma antimilli, antidemokratik komandası, bu komandanın antixalq siyasətləri ilə aradakı konfrontasiyaya daha kəskin, daha barışmaz xarakter verdi. Əliyevlərin Azərbaycan Türklüyü ilə (bütövlükdə Türklüklə!) barışmazlığı onları getdikcə güclənən, bölgədə söz yiyəsinə çevrilməkdə olan Türkiyə dövlətiylə də açıq konfrontasiyaya-düşmənçiliyə gətirib çıxardı. Əliyevçi diktaruranın sözçülərindən birinə çevrilmiş Rasim Musabəyov ağalarının açıq demədiyini bugünlərdə açıq dedi: “Nə vaxtadək Türkiyənin arxasınca sürünəcəyik?!”.

Çox ilginc bir görsəniş: bu adamlar (bu rejim) Rusiyanın arxasınca sürünürkən “Türkiyənin arxasınca sürünməmək” mənliyi sərgiləməyə çalışırlar. Ax, bu kommunist-KQB tör-töküntüləri! Ən azı sonuncu faktı yada salın: Azərbaycan hakimiyyəti olaraq siz Liviya Keçid hökumətini Türkiyədən sonra deyil, Rusiyadan sonra tanıdız. Bütün başqa çağlarda olduğu kimi, siz bir daha Rusiyanın əlaltıları olduğunuzu, buna görə də Rusiyanın arxasınca süründüyünüzü… bir daha ortaya qoydunuz! Istər-istəməz yada Rusiya KQB-nin keçmiş polkovniki deyən düşür: “Azərbaycanın indiki hakimiyyəti (Əliyevlər hakimiyyəti. – X.B.) başlıca olaraq KQB hakimiyyətidir”.

Faktlardan göründüyü kimi, Əliyevlər üçün praqmatizm ən ideal baxışlar sistemidir. Bu baxımdan on il sonra olsaydı, I.Əliyev qohumluq faktorunda üstünlüyü bütünlüklə Türkiyəyə verərdi. Özü də Türkiyə onda praktik olaraq “bir millət – iki dövlət” ideyasının ardıcıllıqla gerçəkləşdirildiyi ortam subyekti olardı. Bir daha demək gərəkir: on il sonra. On il sonra Türkiyə Qafqazda başlıca söz siyəsi olacaq. Indilikdə bu funksiyanı Qafqazda Rusiya yerinə yetirir. Buna görə indilikdə Rusiya ilə ardıcıl qohumluğa, ardıcıl siyasi, strateji ortaqlığa önəm verilir. Açıq-aydın bir faktdır: Əliyevlər ailəsi (başqa cür desək, Əliyevlər hakimiyyəti) Rusiya ilə konfederasiya durumundadır. Ancaq bu konfederasiyanın da öz konfrontasiyaları var: Rusiya Azərbaycana daha çox soxulmağa, Azərbaycanın işlərinə daha çox qarışmağa çalışırsa, əliyevçi hakimiyyət bundan artığına yol verməməyə çalışır – ölkənin, dövlətin maraqlarına görə yox, özlərinin rüşvətxor-korrupsioner-soyğunçu, təkbaşına mənimsəmə maraqlarına görə! Əliyevlər nəyi xoşlasalar da, hakimiyyət-mal-pul bölgüsünü xoşlamırlar. Bütün bunlara baxmayaraq, indiki uluslararası ilişkilər sistemindən, eləcə də YENI DÜNYA DÜZƏNI prinsiplərindən çıxış etməklə, inamla demək olar: əliyevçi hakimiyyətlə Rusiya arasındakı konfederasiya sarsılmazdır. ABŞ-la Türkiyə Qafqazda söz yiyəsinə çevrilənədək bu belə olacaq, belə olaraq qalacaq.

Azərbaycan-Türkiyə konfederasiyası

Indilikdə Rusiya – Əliyevlər konfederasiyası necə realdırsa, Azərbaycan-Türkiyə konfederasiyası eləcə reallıqdan uzaqdır. Ancaq… əliyevçi KQB hakimiyyətinin qurulmasında başlıca rol oynayanlardan, demək, praktik olaraq Azərbaycanı Türkiyədən uzaqlaşdıraraq Rusiya ilə konfederasiya durumuna gətirənlərdən biri ortaya Azərbaycan-Türkiyə konfederasiyası ideyasını atıb. Indi çoxları bu ideyanı qarpız kimi atıb-tutmaqdadır. Görəsən, H.Əliyevlə, hər baxımdan tanınmış KQB generalı ilə bağlı “H.Əliyevin Bakıya dəvət olunmasının tərəfdarı və təşəbbüskarı mən olmuşam” deyən bir kimsənin indi, realıqdan çox-çox uzaq bir durumda, Azərbaycan-Türkiyə konfederasiyasından danışmağı nə deməkdir? Onun ardınca bu hakimiyyətə uzun illər qulluq eləyib indi mandatsız qalan birisi də Azərbaycan-Türkiyə konfederasiyasından söz açmağa başladı. Görəsən, onların hər ikisi əllərində mandat var ikən bu ideyanı parlament tribunasından niyə səsləndirmirdilər? Yoxsa, bu da bir cür siyasi oyundur?!

Bir sıra bəlli kimsələr Ictimai Palata tribunasından yeni-yeni ideyalar səsləndirməyi özlərinin gündəm işlərinə çevirməklə siyasi aktuallıqlarını qoruyub saxlamağa çalışırlar. Onları hər hansı ideyanın gerçəkləşmə potensialı deyil, yeni-yeni ideyalarla gurultu, alqış qoparmaq düşündürür. Azərbaycan-Türkiyə konfederasıyasının baş tutmasını, sözsüz, biz də istəyirik. Bunu Türkiyədə istəyənlər də var. Di gəl, istək başqadır, gerçəklik başqa. Istəmək, başlıca olaraq, kütlənin işidir. Siyasətçinin başlıca işi gərəkən gerçəkliyi doğurmaq, başqa cür desək, reallığa çevirməkdir. Siyasətçi olaraq sənin yaratdığın reallıqla ortaya atdığın ideya-istək bir-birilə uzlaşmırsa, başqa cür desək, sözdə konfederasiya, işdə konfrontasiya yolçusu olursansa, onda gerçək olaraq sən kimsən? Sənin gerçək yolçuluğun bunlardan hansındadır?

Azərbaycan-Türkiyə konfederasiyasının gerçəkləşməyi indilikdə Türkiyədən daha çox Azərbaycandan asılıdır. Azərbaycandan, demək, Azərbaycan müxalifətindən. Yuxarıda göstərildiyi kimi, hakimiyyət bunu istəmir, istəməyəcək. Bunu istəyən, istəyəcək müxalifətdir. Müxalifətsə bunu istəməklə qalmamalı, konfederasiya-birllik aktının baş tutması üçün gərəkən gerçəkliyi yetişdirməlidir. Indilikdə bu yöndə gözləntiləri daha çox Ictimai Palata ilə bağlamaq olar. Ictimai Palata bu yöndə önəmli işlər görə bilər. Ancaq bəyənilib gerçəkləşməyən ideyalarla zənginləşən bir Ictimai Palata deyil, bəyənildiyi kimi də gerçəkləşdirilən ideyalarla zəngin bir Ictimai Palata!

Ictimai Palatanın 2011-ci il üçün iş planının başlanğıc bəndlərinə baxaq: a) Siyasi partiyaların, Yurddaş toplumuna bağlı kimsələrin Ictimai Palataya çəkilməsi; b) Ictimai Palatanın komissiyalarının, işçi qruplarının yaradılması; c) Ictimai Palatanın regional qurumlarının yaradılması. Göründüyü kimi, təkcə IP-in bu başlanğıc bəndlərinin yerinə yetirilməsi, demək, Ictimai Palata ideyasının başarılı bir qurum olaraq gerçəkləşdirilməsi, böyük güc, gərgin iş, ən başlıcası, ÇƏKICI HAMININ BIR ZINDANA VURMASI ilə baş tuta bilər. Bundan ötrü yeni-yeni, başlıcası da, yayındırıcı ideyalar konveyerinə yol verilməməli, hamılıqla başlıca, üstün ideyanın – Ictimai Palata ideyasının gerçəkləşdirilməyinə girişilməlidir!

Ərəb dünyasını bürüyən proseslərin tezliklə Xəzərboyu ölkələrə yayılacağı qaçılmazdır. Bu, çağın çağırışı, yeni demokratiya dönəminin diktəsidir. Ictimai Palata çağında bu çağırışa hay vermək, demokratikləşmə proseslərində aparıcı funksiyaya yiyələnmək, öncül rol oynamaq gücündə olmalıdır. Bundan ötrü Ictimai Palatada legitimləşmə yönündə ardıcıl addımlar atılmalı, belə bir axarda – SEÇKIN kimsələri seçib qabağa çəkməklə – yetkin, güclü komanda

formalaşdırılmalıdır. O komanda bir, bir neçə qrupun komandası deyil, bir Ölkənin, bir Dövlətin düşünən başı – siyasi komandası olaraq ortaya çıxmalı, tanınmalıdır. O komanda Demokratik Azərbaycan Dövlətinin QURUCUSU funksiyasını üzərinə götürməli, ən azı, ilkin dönəm üçün bu funksiyanı gərəyincə yerinə yetirməyi bacarmalıdir. Bundan sonra Azərbaycan-Türkiyə konfederasiya ideyası gündəmə gəlmək statusu qazana bilər. Gerçəkdən ortaya bir millətin iki dövləti faktı çıxarılandan sonra! Bunu etmək bizim borcumuzdur…