Kəmaləddin Heydərov kənd təsərrüfatı nazirinə sarsıcıdı zərbə vurmağa çalışır
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kənd təsərrüfatı naziri Ismət Abbasovu çökdürmək planı davam edir. Kəmaləddin Heydərov bu dəfə rəqibinin fəaliyyətini yoxlatdırmaqla ona sarsıdıcı zərbə vurmağa çalışır. Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlaması bununla bağlıdır. Palatanın sədri Heydər Əsədovun Kəmaləddin Heydərova yaxın şəxs olması bəllidir. Deməli, yoxlamaların nəticəsinin Ismət Abbasov üçün acınacaqlı olacağını gözləmək olar.
Yeri gəlmişkən, bir neçə gün əvvəl kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov Kəmaləddin Heydərovun maraqlarına ziddi açıqlama vermişdi. O, kənd təsərrüfatı məhsullarının bahalaşmasına aydınlıq gətirərkən da çəkmədən “fövqəlnazir”in bostanına daş atmışdı. Nazir müavini bildirmişdi ki, kənd təsərrüfatı məhsullarının satışı möhtəkirlərin əlindədir. Idxal mallarınının, xüsusilə ərzağın Kəmaləddin Heydərovun inhisarında olduğunu nəzərə alsaq, Aslan Aslanovun “möhtəkirlər” deyəndə “fövqəlnazir”i və onun ətrafının nəzərdə tutmasına şübhə yeri qalmır.
Görünür, həm də Aslan Aslanovun bu açıqlaması Kəmaləddin Heydərovu hiddətləndirib. Bu açıqlamadan bir neçə gün sonra Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlaması gündəmə gəlib.
İnformasiya şöbəsi