“Guardian” İsraili “ağıllı olmağa” çağırdı

“İsrail Türkiyəni aşağılamağın böyük bir xəta olduğunu anlamalıdır”

 

İngiltərənin “Guardian” qəzeti Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Misir səfəri öncəsi dərc etdiyi təhlildə İsrailin bölgədə ciddi şəkildə təklənə biləcəyini yazıb.
“Ərdoğanın ziyarəti minlərıə Misirlinin İsrail səfirliyinə hücumun üç gün sonrasına təsadüf edir”, deyə qeyd edən “Guardian” ötən il Qəzzaya gedən yardım gəmisinə qarşı qanlı əməliyyatdan sonra İsraillə Türkiyə arasında münasibətlərin pisləşdiyini xatırladır.
Məqalədə yazılır: “Misirlilər 3 həftə öncə İsrail sərhəddində 5 əsgərinin öldürülməsi səbəbilə qəzəbliydi. Altıncı asgər də həftə sonunda öldü. Ərdoğan keçən il Gəzza donanmasında 9 vətəndaşı İsrail əsgərləri tərəfindən öldürülmüş regional bir güc və NATO üzvü olaraq Misirə dəstək verəcək. Ərdoğan bundan sonra yardım gəmilərini Türkiyə savaş gəmilərinin müşaiyət edəcəyi haqda xəbərdarlıq edib. Əgər inqilabdan sonrakı Misir və iqtisadiyyatı yüksələn Türkiyə keçmiş müttəfiqlərinə qarşı birləşsə (məhz belə edəcəklərinə dair artıq bir çox görsənişlər var) İsrail bölgədə dərin bir tənhalığa yuvarlanar”.
“Guardian” bu mənada İsrail hökumətinin ağır seçim qarşısında olduğunu qeyd edir: “İsrailin baş naziri Benyamin Netanyahu indi seçim etmək məcburiyyətindədir. O, “Mavi Mərmərədəki ölümlər üçün üzr istəmək tələbini rədd edərək Türkiyəni aşağılamağın böyük bir xəta olduğunu anlamalıdır. Düşmənə çevrilmiş Türkiyə-Misir ittifaqının təsiri illərlə davam edə biləcək strateji nəticələri ola bilər. Bunun nəticələri BMT-dəki “Mavi Mərmərə” araşdırmasında qazanılan və təsiri bir neçə gün sürən taktiki zəfəri kölgədə buraxar”.
“Guardian” yazır ki, İsrail Türkiyə ilə əlaqələri dərhal yoluna qoymalıdır. Ola bilsin, bunun hesabı son bir həftədə daha çox artıb, amma onu ödəməyə dəyər. Bəlkə də İsrailin baş naziri indidən bunun fərqindədir. Hər halda onun Qahirədəki olaylara (İsrail səfirliyinə hücum nəzərdə tutulur – red.) təpkisi ölçülü idi.
İsrail hökumətinin seçim variantlarının açıq olduğunu yazan “Guardian” təhlilini belə bitirir: “Netanyahu ya yeni bir savaşa hazırlaşmalı, ya da İsrailin qonşularına artıq öz iradəsini qəbul etdirə bilməyəcəyi ilə razılaşmalıdır”.