Turistlər üçün «Eurovision» qiyməti açıqlandı

Azərbaycanın Turizm Assosiasiyası (AzTA) “Eurovision-2012” yarışmasını izləmək istəyən xaricilər üçün turpaketin təxmini qiymətini açıqlayıb.

Mayın 22-dən 26-na qədər davam edəcək yarışmanı Bakıda izləmək istəyən xaricilər 1250 manat (1100 avro, 1600 dollar) ödəməli olacaqlar. Bu barədə ”1news” saytına açıqlamasında AzTA-nın rəhbəri Nahid Bağırov deyib. Onu da qeyd edək ki, turistlərə təqdim olunan turpaketə ikitərəfli aviabilet, mayın 21-dən 27-nə qədər üç ulduzlu mehmanxanada qalma, müsabiqənin hər iki yarımfinalına və finalına bilet daxildir.

Informasiya şöbəsi