Neft Şirkətinin əməkdaşları Idrak Abbasovun ailə üzvlərini döyərək xəstəxanalıq etdilər
Sentyabrın 9-da Dövlət Neft Şirkətinin qara uniformalı bir qrup əməkdaşı jurnalist Idrak Abbasovun ailəsinə məxsus həyətə daxil olaraq evi uçurub, onun valideynlərinə və qardaşına xəsarət yetiriblər. Nəticədə jurnalistin yaxınları xəstəxanaya yerləşdirilib. Bu barədə “Azadlıq” radiosuna jurnalist özü məlumat verib: “Neft şirkətinin əlidubinkalı xüsusi təyinatlıları heç bir məhkəmə qərarı və rəsmi xəbərdarlıq olmadan traktor və ekskavatorlar vasitəsilə hasarı dağıdıb həyətə giriblər. Həyətdə ailə üzvlərimizə məxsus bir neçə ev var. Qapıya yaxın olan evi uçurdublar. Ailə üzvlərimi döyüblər. Əsasları da o olub ki, qanunsuz tikililəri sökürlər. Qonşular tökülüşüb gələndən sonra çıxıb gediblər. Polisə müraciət etdik, gələn olmadı”.
İdrak Abbasov
Jurnalist deyir ki, anasıÿNaimə Quliyeva ÿvə ÿqardaşı Ədalət Abbasovÿ1 saylı şəhər xəstəxanasına, atasıÿ Telman Abbasov ÿisə 4 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
I.Abbasovun fikrincə, hadisənin səbəbi heç də qanunsuz tikililərin sökülməsi deyil. Dediyinə görə, Xocasən qəsəbəsi, Sulutəpə yaşayış massivində yerləşən həmin ərazi 20-30 ilin məhəllələridir. O qədər evin arasında məhz onların həyətinə basqın edilməsi təsadüfə oxşamır. Jurnalist son günlər fəaliyyəti ilə bağlı hədələndiyini, müxtəlif təhdidlərə məruz qaldığını bildirir: “Valideynlərimdən başqa qardaşım, iki gəlinimiz və onların uşaqları döyülüb. Atam ağır diabet xəstəsidir, o, komaya düşüb. Anam və qardaşım xəstəxanadadır. Həkimlərin qeyri-ciddi münasibət göstərməsi ilə əlaqədar iki qardaşım səs-küy qaldırıblar, buna görə xəstəxananın təhlükəsizlik xidmətinin təzyiqlərinə məruz qalıblar. Mühafizəçilər onları saxlayıb və polis çağırıblar. Qardaşlarım Nəsimi rayon 20 saylı polis bölməsinə göndəriliblər. Bilmirəm atam komadan çıxacaqmı, anam və qardaşım yaşayacaqmı? Polis qardaşlarıma bundan sonra nə edəcək? Doğrudur, polis qardaşlarımı məhkəmə tibbi ekspertizasına göndərib. Bu, mənə bir qədər rahatlıq verir, belə ki, qardaşlarım təqsirli deyil, zərərçəkmiş olduqlarını təsdiq edə bilərlər”.
Jurnalist, həmçinin bildirib ki, onda olan məlumata görə basqınçılar “Binəqədi oyl kompani” adlı xüsusi qrupun üzvləridirlər. “Vətəndaşların hüquqlarının qarantı olan ölkə prezidentinə müraciət edirəm, bu özbaşınalığa son qoyun. Ölkəmdə məni heç kim müdafiə edə bilmirsə, kimə müraciət etməliyəm? Niyə dövlət öz vətəndaşlarının həyat və təhlükəsizliyinə zəmanət vermir?” deyən I.Abbasov Binəqədi rayon 40-cı polis bölməsinə ərizə verdiyini qeyd edib.
Binəqədi rayon Polis Idarəsi isə bildirir ki, sentyabrın 9-da Sulutəpə qəsəbəsində Azərbaycan Dövlət Neft Şirkətinə məxsus ərazilərdə inşa olunan qanunsuz tikililərin söküntüsü zamanı yerli əhali ilə ARDNŞ əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə dava düşüb və bir neçə nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
1 saylı şəhər xəstəxanasından N.Quliyevaÿ vəÿ Ə.Abbasovun ÿora yerləşdirildiklərini təsdiqləyiblər.