DYP avtomobilləri yenə dəyişdirilir

İlham Əliyev «Eurovision»a kimi yol polislərinin yeni maşınlarla təmin edilməsi barədə göstəriş verib

Yol polisi avtomobilləri növbəti dəfə dəyişdirilir. “Azadlıq”a daxil olan məlumatlara görə, bu, Ilham Əliyevin göstərişilə həyata keçirilir.
Məlumatlarda bildirilir ki, dövlət başçısı Daxili Işlər Nazirliyinə tapşırıb ki, gələn il Bakıda keçiriləcək “Eurovision 2012” Mahnı Müsabiqəsinə kimi yol polislərinin maşınları yenisi ilə əvəzlənməlidir. Iddia olunur ki, yeni avtomobillər ABŞ istehsalı olacaq.
Son bir neçə il ərzində yol polislərinin avtomobilləri 3 dəfə dəyişdirilib. Əvvəlcə DYP üçün “Tofaş”, sonra “Wolkswagen Passat” və nəhayət, 3-cü seriya “BMW” markalı maşınlar alınıb.