“WikiLeaks”“ davam edir… Ilham Əliyevin oradakı danışıqlarını toplayıb mövzular üzrə analiz etsəniz, görəcəksiniz ki, o, bu sənədlərdə ən çox Türkiyənin əleyhinə danışır. Doğrudan da belədir. Ilk sənədlər açılandan bu günə qədər “WikiLeaks”“ mənbələrində Türkiyənin əleyhinə deyilməyən söz qalmayıb.Təzə açılan sənədlərdə də Azərbaycan rəhbəri ABŞ diplomatları ilə söhbətdə Türkiyənin qarasınca doyunca danışır və hətta sonda onu “yeni osmanlı”“ adlandırır, özünü böyük qardaş kimi aparmaqda ittiham edir. Bu, olduqca ağır ittihamdır. “Yeni osmanlı”“” ifadəsi isə həmin müzakirədə “yeni imperiya”“” və ya “yeni işğalçı”“ mənasını verir.
Ilham Əliyev Türkiyəni dindarlıqda, dini ekstremizmi Azərbaycana ixrac etməkdə, Ermənistanla qapıları açmaq istəyində günahlandırır. Hətta belə deyir: Azərbaycan özünü “yeni osmanlı”“dan qorumağa çalışır.
Sual edə bilərsiniz ki, Ilham Əliyev niyə Türkiyəni sevmir?
Dərhal demək istəyirsən ki, o, heç Azərbaycanı sevmir, Türkiyəni niyə sevsin! Amma məntiqlə Türkiyəni sevməli idi. Hakimiyyətin atasından ona ötürülməsində Türkiyə xüsusi rol oynayıb, Türkiyə illərdir Əliyevlərin tərəfini tutub, onların xalqı əzməsinə göz yumub. Ikinci prezidentliyinə seçkilərdə hamıdan öncə ona Ərdoğan zəng edib təbrik etmişdi. Saxta seçkilərə rəğmən, onu elə seçki gecəsi qələbəyə görə qutlamışdı. Heydər Əliyevin hakimiyyətə gəlməsində də Süleyman Dəmirəlin böyük rolu olub.
“WikiLeaks”“ sənədləri isə göstərir ki, Türkiyə Ilham Əliyevin ən çox sevmədiyi ölkələrdən birinə çevrilib, hətta Rusiya barədə onun bu qədər acı və sərt danışdığını görmürük. Baxmayaraq ki, o, öz ittihamlarında haqlı da deyil. Türkiyə Azərbaycanın ən yaxın dostudur – buna kimsə şübhə edə bilməz. Türkiyə dövləti heç vaxt bizim ölkəyə dini ekstremizm ixrac etməyib. Türkiyə dövlətini bunda ittiham etmək absurddur. Türkiyənin Ermənistana qapıları açması isə çox düzgün addım idi. Bu, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmağa yönələn addım idi və sonucda Azərbaycanın xeyrinə idi. Elə “WikiLeaks”“ sənədlərində Ilham Əliyev özü də etiraf edir ki, Rusiya bu addımın əleyhinə olub, sadəcə, açıq dilə gətirə bilməyib.
Ümumilikdə, Türkiyənin Azərbaycana qarşı yalnız yaxşılığından, dəstəyindən danışmaq olar. Yalnız bircə istisnadan başqa. Illərdir Azərbaycandakı zülmə, insan haqlarının pozulmasına göz yummağına, xalqa zülm edən iqtidarla xüsusi dostluğuna görə. Görünür, ədalət gec-tez yerini alır, indi Türkiyə də haqsız dəstəklərinə görə layiqli cavabını alır. Təəssüf ki, Türkiyə tarixi səhvlərini yalnız indi anlaya bilər.
“Ilham Əliyev niyə Türkiyəni sevmir?” sualının isə olduqca sadə cavabları var…
Birincisi, son illərdə Ilham Əliyev hakimiyyətin zirvələrində uçur və böyük təntənə hiss edirdi. Təbii ki, Türkiyədən də çəkinmirdi. Bilirdi ki, ondan ziyan gəlməz. Onunla istədiyi kimi davranırdı. O, Rusiyaya arxalanır və başqa heç kimə məhəl qoymurdu. Görürsünüzmü, erməniləri silahlandıran, onunla hərbi ittifaq bağlayan Rusiya barədə o cür sərt danışmır. Amma Türkiyənin faydası hamıya anlaşılan olmasa da, ziyanı olmayan aşkar bir addımına görə onu, az qala düşmən elan edir. Nəinki qapalı söhbətlərdə, real həyatda da Türkiyəyə qarşı sərt addımlar atılıb. Təkcə Azərbaycan torpaqları uğrunda ölən türk əsgərlərinin məzarı başından Türkiyə bayraqlarının endirilməsini xatırlayın.
Ikincisi, onun Türkiyəyə ürək sevgisi yoxdur və son illərdə ondan umacağı da yox idi.
Nəhayət, Azərbaycan xalqı arasında böyük nüfuz və sevgi sahibi olan bir dövləti təhlükəli görür və bu sevgini vaxtında qırmaq ona sərfəli görünürdü. Və buna da cəhd edirdi.
Amma son vaxtlar işlər əvvəlki kimi getmir. Rusiyadan da sərt üz görən, Qərbdənsə bütün mənəvi telləri qırılan Ilham Əliyev Türkiyədən kömək umur. PKK da ona görə terrorçu elan edildi. Amma deyəsən, əvvəlki xoş münasibətlərdən hələ xəbər yoxdur…