İlham Əliyevin “şah sarayı” haqda məxfi məlumat yayıldı

Litva prezidenti dəhşətlə deyib: «Buna bənzər bir şey etsəm, məni kabinetimdən atarlar»

“Yeraltı saunalar, nəhəng örtülü hovuz, qızıl fəvvarə…”

 

ABŞ diplomatı: «Bütün bunlar İlham Əliyev və vətəndaşları arasında olan böyük uçurumu göstərir»

Amerika diplomatlarının növbəti məxfi yazışmaları (250 min sənəd) Internetə düşüb. Elan edilmiş materiallar arasında Bakıdakı səfirlikdən göndərilən çox sayda məxfi məktub var.
Belə ki, 29 iyun 2007-ci ildə səfirin müavini Donald Lu Dövlət Departamentinə Ilham Əliyevin Bakı yaxınlığındakı Mərdəkan qəsəbəsindəki villasında GUAM ölkələrinin liderləri üçün verdiyi nahar haqqında məxfi hesabat göndərib. Qonaqlar arasında Gürcüstan prezidenti və həyat yoldaşı, Ukrayna prezidenti, Moldova prezidenti, Litva prezidenti Adamkus, Bolqarıstanın vitse-prezidenti, habelə bir çox digər rəsmilər, o cümlədən ABŞ dövlət katibinin köməkçisi Devid Kramer olub. Qonaqlar villaya dəbdəbəli avtobusla aparılıblar və Ilham Əliyev şəxsən və qürurla qonaqlara 2007-ci ildə istismara verilmiş villasının bütün özəlliklərini göstərib. Dörd saatlıq qonaqlıq zamanı birinci ledi Mehriban Əliyeva da qonaqları salamlayıb.
Onlara qara kürü və nərə balığından hazırlanmış növbənöv yemək və şərablar təqdim edilib. Qonaqlıq şəxsi sağlıqlarla müşayiət olunub. Villaya gəlincə, o, qeyri-adi və dekorasiya və ölçülərinə görə heyrətləndirici idi. Məsələn, orada bir neçə yeraltı sauna və nəhəng örtülü hovuz var idi.
Içəridəki qızıl suyu çəkilmiş fəvvarə villaya xüsusi qeyri-adilik verirdi. Dekoru kəskin modern üslubunda idi. Şayiələrə görə, dizaynın müəllifi prezident administrasiyasının binasını bəzəyən dizayner olub.
Ilham və Mehriban Əliyeva qonaqları heyrətləndirə bilmələrindən razı görünürdülər. Lakin nahardan sonra qonaqlar çay salonuna keçirilib, orada da onlara təkcə çay verilməyib. Yenə də nəhəng hovuz kənarında çoxsaylı desertlər, içkilər. Litva prezidenti Adamkus və onun həyat yoldaşı Kramerə nümayiş olunan təmtəraqdan narahatlıqlarını bildiriblər (o da bununla tamamilə razıdır).
“Buna bənzər bir şey etsəm, məni kabinetimdən atardılar”, – deyə Adamkus Kramerin qulağına pıçıldayıb. Bütün bunlar Ilham Əliyev və vətəndaşları arasında olan böyük uçurumu göstərir. Donald Lu şərhində yazır ki, sözügedən hadisə Ilham Əliyevin şəxsi həyatına yalnız bir baxışdır ki, bu, onun hədsiz var-dövlətinə dəlalət edir(Turan).
Yalnız bir şey aydın deyil, Əliyev şəxsi təmtərağı ilə ölkənin makroiqtisadi göstəricilərinin artması fonunda sağ qalmaq uğrunda mübarizə aparan sadə Azərbaycan vətəndaşları arasındakı kəskin ziddiyyəti dərk edirmi və bu, onu narahat edirmi?