Artur Rəsizadənin 4, «fövqəlnazir»in isə 5 müavini var
modern.az saytı Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan nazirlər və komitə sədrlərinin müavinlərinin sayı ilə bağlı araşdırma aparıb. Arışdırma nəticəsində ortaya maraqlı fakt çıxıb. Bəlli olub ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinlərinin sayı, hətta baş nazir Artur Rəsizadənin müavinlərinin sayından da çoxdur. “Fövqəlnazir”in 5 müavini var:
General-leytenant Rəfail Mirzəyev fövqəladə hallar nazirinin birinci müavinidir. Nazirin digər müavinləri tibb xidməti general-leytenantı Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev, general-leytenantlar Ragim Lətifov və Orucəli Hacıyevdir.
Artur Rəsizadənin isə 4 müavini var: Yaqub Eyyubov birinci müavindir. Digər müavinlər isə Elçin Əfəndiyev, Əli Həsənov və Abid Şərifovdur.
Artur Rəsizadə tutduğu posta görə hakimiyyət pilləsində ikinci şəxs hesab olunur. Lakin bu gün hakimiyyətdə faktiki olaraq ikinci şəxs kimi Kəmaləddin Heydərovun adı çəkilir. Hətta onu “ikinci prezident” adlandıranlar da var.