Niyə bu qədər sərvəti olanın borcları heç nəyi olmayan Ermənistan və Gürcüstanın borcları qədər olmalıdır? Məhəmməd Talıblı
Xarici borc inkişaf etmiş ölkələrin və ya beynəlxalq maliyyə qurumlarının inkişaf etməkdə olan ölkələrə iqtisadi inkişaflarını stimullaşdırması üçün etdiyi maliyyə resurslarının transferidir. Hansı ölkə bu maliyyə resurslarına ehtiyaclı hesab olunur? O ölkələr ki, daxili maliyyə resurslarının tükənməsi və iqtisadiyyata əlavə olaraq maliyyə ehtiyatlarının cəlb olunması zərurəti ilə qarşılaşıb. 1990-cı illərə qədər dünyada xarici borclamaya girmək daha populyar idi.
Bunun birinci səbəbi, dünyada 2-ci dünya müharibəsindən sonra nəhəng maliyyə qurumlarının yaranması və həmin təşkilatların imkanlarından faydalanmaq çəkiciliyinin yüksək olması. Ikincisi, biznes qurumlarının hələ ortaq biznes layihələri həyata keçirmək ənənəsi və maraqları bir qədər də populyar deyildi. Artıq 90-cı illərdən başlayaraq ölkələr riskli və bəzən ağır şərtlərlə əldə etdiyi kreditlərə nisbətən daha münasib üsul olan eyni layihə üzrə xarici investisiyaların cəlb olunmasına start verdilər. Ona görə, artıq 20 ilə yaxındır ki, ölkələr xarici borclamaya girməkdənsə, xarici investisiyaların cəlb edilməsini tərcih etməyə başlayıblar. Çünki, dünyanın müxtəlif ölkələri, hətta qardaş Türkiyənin də beynəlxalq kredit təşkilatlarından aldıqları vəsaitlər ölkə iqtisadiyyatında əməlli-başlı riskli vəziyyət və daxili gərginlik yarada bilmişdi. Nigeriya kimi neftlə zəngin ölkələr də böyük neft pullarına arxayın olaraq xarici borclamaya girmişdi. Sonradan əldə olunan neft gəlirlərinin əhəmiyyətli hissəsi həmin borcların qapadılmasına sərf olundu. Həm əsas vəsaitlərin qaytarılmasına, həm də faiz ödənişlərinin örtülməsinə. Belə ölkə tiplərinə Küveyt, Səudiyyə Ərəbistanı və s. digərlərini misal göstərmək olar.
Xarici borcun alınması ölkə daxilindəki mövcud iqtisadi potensialın stimullaşdırılması hesabına yeni iqtisadi inkişafa nail olmaq məqsədi daşıyır. Yəni, böyük bir iqtisadi maşını hərəkətə gətirmək üçün vacib bir alət kimi də baxıla bilər. Əgər maşın sağlam deyilsə, o zaman istənilən alətin tənzimləmə imkanları məhdud olacaq.
Azərbaycanın xarici borcu varmı?
Müstəqilliyin ilk illərində kreditlərin alınmasına Azərbaycan can atdığı halda, onu əldə edə bilmirdi, indi isə artıq həmin kreditor təşkilatlar özləri belə kreditlərdən istifadə üçün bizə sıx əməkdaşlıq edərək çoxlu sayda kredit sazişləri imzalayıblar. Ona görədir ki, bununla bağlı hətta Dünya Bankına(DB) daxil banklar qrupunun hər birinin ölkəmizdə ofisləri fəaliyyət göstərir. Ümumilikdə götürdükdə isə, alınmış kreditlərin istifadəsində səmərəlilik və rentabellik əmsalı yüksəkdirsə, burada heç bir ciddi qəbahət yoxdur. Çünki, kreditlərin alınması özü bir çox hallarda iqtisadi inkişafı stimullaşdırırsa, işgüzar aktivliyi və iqtisadi inteqrasiyanı dərinləşdirirsə, bu kreditlərin alınmasının iqtisadi effekti həmin ölkəni geriyə atmaz.
Lakin Azərbaycanın indiki iqtisadi şərtləri daxilində baş verənləri qiymətləndirəndə, görürük ki, kredit alınması yuxarıda söylədiyimiz şərtlərə cavab vermir. Eyni zamanda Azərbaycanın əvvəlki illərdə aldığı kredit şərtləri ilə indiki şərtlər arasında fərqlər yaranmağa başlayıb. Belə ki, beynəlxalq maliyyə qurumlarından alınan kreditlərin özünün istifadə imkanlarından tutmuş onun faiz dərəcələrinə qədər şərtləri ağırlaşmaqdadır. Çünki, ölkəmiz artıq 2 ildir ki, Dünya Bankının güzəştli kredit qrupundan çıxarılıb.
Məlumat üçün bildirək ki, bankın güzəştli kredit verilməsinin şərtlərindən biri, kredit veriləcək ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcminin 1280 dollardan çox olmamasıdır. Yuxarıda sadaladığımız səbəbə görə, Dünya Bankı 2009-cu ildən etibarən Azərbaycanda həyata keçirilən iqtisadi layihələrə kredit ayırmayacağını açıqlamışdı. Amma sonra nəinki iqtisadi islahatlar bağlı layihələrə, hətta büdcədə xüsusi çəkisi olan investisiya xərclərində önəmi olan xüsusi sahə kimi nəqliyyat sahəsinə daha da böyük vəsaitlər ayırdı. Bankın məlum güzəştli qruplardan çıxarıldığı üçün kreditlərə tələbi azaltmaq yerinə hökumətimiz daha da artırıb. Demək ki, bundan sonrakı alınan kreditlərin faiz dərəcələri(LIBIDO+) daha yüksək olmağa başladı. Çünki, həmin maliyyə qurumlarında təşkilat missiyalarını da unutmayaraq dünyanın daha yoxsul əhalisi və ölkələrinə daha çox maliyyə təminatının yaxşılaşdırılmasına dəstək olmaq siyasətlərini həyata keçirir. Çünki, dünyada daha çox kreditə ehtiyacı olan ölkələrə bu kreditlərin verilməsi daha vacibdir. Müstəqilliyin ilk illərində xarici borcun adambaşına düşən həcmi haqqında müqayisə aparacağıq. Amma indilikdə son 5 ilin statistikasına diqqət yetirək. Hökumətimiz 2006-cı ildə 1,9 ÿmilyard dollar, ÿ2007-ci ildə ÿ2,4 ÿmilyard dollar, 2008-ci ildəÿ 3,0ÿ milyard dollarÿ,ÿ 2009-cu ildəÿ 3,4ÿ milyard dollar,ÿ 2010-cu ildəÿ 3,9 milyard dollarÿÿvə ÿ2011-ci ilin ÿbirinci yarısında ÿ4,5ÿ milyard dollar həcmində kreditlər alıb. Qədər yüksəlib. Deməli, təkcə son 5 il ərzində xarici borcumuz 2,6 dəfəyədək artıb. Bunun 17%-i təkcə son 6 ayın payına düşür.
Borclar hara sərf olunur?
Azərbaycanın xarici borclarının artma dinamikasına isə diqqət etdikdə, görürük ki, ildən-ilə bu nisbət yüksəlməkdədir. Əslində kreditlərin alınmasıÿ ölkənin sosial-iqtisadi həyatında inkişafla nəticələnirsə, pozititv dəyişikliyiə gətirib çıxarırsa, biznes infrastrukturunun yaxşılaşmasına və investisiya cəlbediciliyinin yüksəlməsinə səbəb olursa, burada ciddi narahatlıq hiss etməyə ehtiyac yoxdur. Lakin alınan kreditlər həm faiz dərəcələri, həm də təyinatı üzrə şəffaf və səmərəli istifadəsi şübhə doğurursa, o zaman bu kreditlər indiki vəÿgələcək nəslə ağır miras olaraq ötürülür. O baxımdan alınan kreditlərin hansı səhəyə yönəldilməsi onun effektivliyini şərtləndirən amillərdən hesab olunur. Illər üzrə xarici borcların istifadə olunduğu sahələri ortalama olaraq aşağıdakı piroqlara bölmək olar. Xarici borcların 80%-i investisiya layihələrinin həyata keçirilməsinə sərf edilir və bu borcların 75%-ni uzunmüddətli kreditlər təşkil edir. Azərbaycanın xarici borcların qaytarılma müddəti 22 il, orta faiz dərəcəsi 3,5% müəyyən edilmişdir. Son 7 ildə xarici borcların 16%-i geri qaytarılmışdır. Xarici borcların 23%-i iqtisadi islahatların həyata keçirilməsinə, 34%-i enerji sektoruna, 7%-i kənd təsərrüfatı və meliorasiyaya, 15%-i nəqliyyata, 2%-i kimya sənayesinə, 2%-i neft və qaz sektoruna, 2%-i işğaldan azad olunmuş ərazilərin bərpasına, 8%-i sosial sahələrə, 7%-i digər sahələrə yönəlib. Bölgüdən də aydın görmək olur ki, prioritet o sahələrdir ki, həmin sahəyə yönələn kreditin yarada biləcəyi dəyər və ya həmin sahədə məşğulluğun təşviq edilməsi deyil, tamam fərqli “meyarlar” əsas götürülür. Çünki, bu kreditlərin alınma zərurəti və əsaslandırılması subyektiv istəklərə cavab verir.
ardı var


