“Qurdlar Vadisi – Xocalı” çəkiləcək
“Qurdlar Vadisi” teleserialının baş rolunu ifa edən Necati Şaşmaz gələcəkdə çəkiləcək filmlərdə Elçibəy rolunu oynamaq istədiyini bildirib. Bu barədə Necati Şaşmazın özü yazete.com saytına bildirib.
“Hazırda istirahət edirəm. Azərbaycanla bağlı kitablar oxuyuram. Açığı deyim ki, Elçibəyi çox sevirəm və Elçibəy rolunu oynamaq istəyirəm”, – deyə o qeyd edib.
N.Şaşmaz Xocalı soyqırımı ilə bağlı film çəkiləcəyi barədə fikrilərin olduğunu da deyib.
“Qurtlar Vadisi-Pusu” teleserialında İsrailli rolunun aparıcısı Alişan Çinar isə “Turan”ın müxbirinə bildirib ki, “Qurdlar Vadisi-Pusu”nun çəkilişləri başa çatdıqdan sonra Xocalı ilə bağlı serialın çəkilişləri başlanacaq.


