Kənan Doğulu Bakıda konsert verəcək

Bakıda məşhur türk müğənnisi Kənan Doğulu konsert verəcək. Müğənninin solo konserti sentyabrın 23-də Yaşıl Teatrda keçiriləcək. 
Qeyd edək ki, bu, Kənan Doğulunun Bakıya ikinci gəlişidir. Müğənninin ilk solo konserti 2006-cı ildə Heydər Əliyev adına sarayda olmuşdu. 
Biletlərin qiyməti 19-120 manat arasında dəyişir.