Mixael Lüdviq hava limanında başına gələn hadisədən şoka düşüb
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinin əməkdaşı Mixael Lüdviq təkcə Naxçıvanda gördüklərindən dəhşətə gəlməyib. Azərbaycanı tərk edən zaman hava limanının gömrük postunda başına gələn bir hadisə də Miaxel Lüdviqi şoka salıb.
Bu məlumatı “Azadlıq”a verən mənbə bildirib ki, alman jurnalist gömrük postunu keçərkən bahalı qələmlərindən biri ondan alınıb. Gömrük əməkdaşlarından biri Miaxel Lüdviqdə bir neçə bahalı qələmin olduğunu görüb, alman jurnalistə deyib: “Onsuz da sizdə bundan yenə də var, ona görə də birini mən götürürəm”. Alman jurnalisti əvvəlcə elə zənn edib ki, gömrük işçisi onunla zarafat edir. Lakin o, gömrükçünün gülə-gülə qələmi götürərək cibinə qoyduğunu görəndə anlayıb ki, bu zarafat deyil. Alman jurnalisti deməyə söz tapmayıb və şok içiində yoluna davam edib.
İnformasiya şöbəsi