İctimai Palata «yol xəritəsi»ni müzakirəyə çıxarır

Avqustun 17-də saat 12.00-da Müsavat Partiyasının qərargahında İctimai Palatanın “Demokratiyaya yumşaq keçid – yol xəritəsi” adlı sənədinin ictimai müzakirəsi təşkil ediləcək. Tədbirdə məruzəçi kimi tanınmış politoloq Zəfər Quliyev çıxış edəcək.

Z.Quliyev qəzetmizə açıqlamasında bildirdi ki, İP bu sənədi sonuncu dəfə ictimai müzakirəyə təqdim edir. Müzakirələrdə səslənən bütün tənqidlər və təkliflər nəzərə alındıqdan sonra sənədin yekun variantı İP-nın növbəti sessiyasında qəbul olunacaq. Bundan sonra sənədin mətbuata tam mətinin açıqlanacağını deyən Z.Quliyev əlavə etdi ki, iki illik dönəmi əhatə edən «yol xəritəsi» ilk növbədə siyasi islahatlar üçün ölkədə normal mühütün yaradılması problemini qabardır.

Daha sonrakı mərhələdə isə demokratiyanın möhkəmlənməsi üçün qanunverici və təşkilati addımların nədən ibarət olması göstərilir. Z.Quliyevin sözlərinə görə, sənəddə sonuncu mərhələ demokratik seçkilər yolu ilə demokratiyaya keçidin tamamlanmasıdır.

Xəyal