“Əl-Qaidə” Azərbaycana necə ayaq açıb?

«İstanbulda bu terror təşkilatına mənsub iki azərbaycanlının həbsi xeyli suallar doğurur»

Xəbər verildiyi kimi, Türkiyənin Istanbul şəhərində “Əl-Qaidə” terror təşkilatı ilə əlaqədə şübhəli bilinən iki Azərbaycan vətəndaşı Islam Qəniyev və Füzuli Məhərrəmov həbs olunub.
Maraqlıdır ki, 2009-cu ildə həbs olunanlardan biri Islam Qəniyevin evində qadağan olunmuş dini ədəbiyyat, bukletlər və CD disklər aşkarlanaraq götürülüb. Özü isə 5 gün müddətinə inzibati qaydada həbs edilib. Bu şəxsin terror qruplaşmasının üzvü olması haqqında Azərbaycanın xüsusi xidmət orqanlarında yetərincə məlumatın olmadığı nədən xəbər verir? Bunu təhlükəsizlik məsələlərinə yetərincə diqqət yetirilmədiyi kimi qiymətləndirmək olarmı?
Ekspertlər Azərbaycanın xüsusi xidmət orqanlarının bu kimi məsələlərdə peşəkar səviyyədə mübarizə aparmaq imkanında olmadığını deyir. Bu səbəbdən də xüsusi xidmət orqanlarında çalışanların peşəkarlığının artırılmasına, digər tərəfdən, xüsusilə beynəlxalq təcrübənin öyrənilməsinə, eyni zamanda beynəlxalq əməkdaşlığa ciddi ehtiyac var.
Əks halda, bu kimi problemlərə daha tez-tez rast gəlinə bilər. Bu isə ölkənin təhlükəsizliyi üçün ciddi təhdiddir.

Fizzə