Azərbaycan hakimiyyətinin “Eurovision” gedişi

Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi aktual mövzulardan biridir. Söhbətlərin, müzakirələrin əksəriyyətinin sonu bu yarışmaya gəlib çıxır.“Eurovision”un ölkəmizin həyatında hansı rolu oynayacağı bəlli olmasa da, hökumətin hazırlıq davranışları maraq doğurur. “2 aprel məhbusları”nın məhkəməsində hazırlıq prosesilə bağlı maraqlı bir xəbər eşitdim. Məhkəmə binasının qarşısındakı parkda çayxanada polis zabiti tabeçiliyindəki polislərə ingilis dili kurslarına hazırlaşmaq tapşırığı verirdi…

Başqa bir xəbər isə taksi sürücülərinin ingiliscə öyrənməsi oldu…
Üçüncü xəbəri ana təbiət özü gətirdi – bütün Səbaili altına alan, ətrafı bürüyən qatıÿtoz dumanı ilə… Toz “Eurovision”un keçiriləcəyi yerdə başlanmış söküntü-tikintidən yaranmışdı.
Illərdir hakimiyyətin dəyənəyi rolunu oynayanÿpolislərin – cəza dəstəsinin ingilis dilini öyrənməsi nəyi dəyişəcək ki? Ingilis dilini bilmək hələ o dildə danışan polisin mədəniyyətinə sahiblənmək demək deyil. Belə olsaydı, haqqında “bir neçə dil bilir, hər şey yaxşı olacaq” deyilən Ilham Əliyev 2003-cü ildən sonra Azərbaycanı Avropanın bir parçasına çevirərdi. Amma Əliyevin özü bu illüziyanı dağıtdı və ona ümid bağlayan hər kəsə sübut etdi ki, dil bilmək hələ demokrat, çağdaş olmaq demək deyil.
Bugünlərdə 288 saylı marşrut avtobusuna “Azneft” dairəsi yaxınlığındakı dayanacaqdan anası ilə birlikdə gənc bir qız mindi. Avtobusun sürətli təkanından, az qala yıxılacaq dərəcədə yellənən bu qız əsəbi şəkildə “Eurovision” keçirirlər, avtobuslarına bax” deyə etirazını bildirdi.
Bunu hələ ölkənin axmaq qaydalarına öyrəşənlər deyir. Indi görün ki, sivil avropalı bu hallara necə qiymət verəcək?
Cənablar, yarışmaya gələn əcnəbilərə Azərbaycanı gözəl təqdim etməkÿ ingiliscə danışan polislərlə, sürücülərlə, prezidentləÿ və gözəl bir bina ilə olmur. Görəsən, hökumət bunu anlamır, yoxsa, avropalıların hamısına rüşvət verməklə onları məmnun edəcəklərini mümkün sayır? Amma nəzərə almaq lazımdır ki, Avropadan, Amerikadan gələnlər başına torba ÿkeçirib bədbəxt edilmiş azərbaycanlılar deyil.
“Eurovision” yarışmasının keçirilməsi nəzərdə tutulan məkandan azacıq aralıda – Səbail məhkəməsində keçirilən ədalətsiz, sifarişli məhkəmə prosesləri Azərbaycanla bağlı hər şeyi açıq deyəcək. Azərbaycan “Eurovision”un qalibi olduğu zaman dünya mediası bu ölkənin mənzərəsini təsvir edərkən hakimiyyətin 19 yaşlı Cabbarı, Harvard məzunu Bəxtiyarı şərləməyini xüsusi qabartdı. Yəqin ki, hakimiyyət nümayəndələrinin də yadından çıxmayıb…
Bir daha onlara üzümü tutub demək istəyirəm ki, ölkəni elə bir vəziyyətə gətirmisiniz ki, bu halda, avropalının məmnun sifətini görə, tərifini eşidə bilməyəcəksiz. Ruslandan Bəxtiyara qədər şərlədiyiniz bütün siyasi məhbusların adları qulaqlarınızda cingildəyəcək. AzTV-nin təbliğatıyla, gur işıqlı, mərmərli parklarla, lentləri bir ölkə boyu kəsilən keçidlərlə, uçub-dağılan körpülərlə heç Azərbaycan xalqını da aldada bilməmisiniz. Uğursuzluğunuzun təntənəsini hər gün yaşayırsınız, bunu “Eurovision” da sizə yaşadacaq.
Əslində, hakimiyyətin öz vətəndaşlarını və dünyanı aldada bilməyəcəyi ÿtez-tez yazılır. Sosial şəbəkələrin istifadəçiləri, yazarlar bu xatırlatmaları vaxtaşırı hakimiyyət üçün edir. Amma mənim üçün maraqlı olan budur ki, doğrudanmı Ilham Əliyev və ya hakimiyyət komandasının digər başbilənləri bunların fərqində deyil? Axı Şərqin əli silah tutan diktatorları ard-arda yıxılır, boyunlarına kəndir salınır, qəfəslərə düşür. Axı bu yıxılmalar qarşısıalınmazdır. Heç bir möcüzə pis idarəçiləri xilas edə bilməz!