Kəmaləddin Heydərov məhkəməyə verildi

Daşqından ziyan çəkənlər Əhməd Əhmədzadənin məsuliyyətə cəlb edilməsini tələb edirlər

2010-cu il daşqınından ziyan çəkmiş daha 8 nəfər 1 saylı Iqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Nazirlər Kabinetindən və FHN-dən onlara dəymiş ziyanın ödənilməsini tələb ediblər. Iddiaçılar, həmçinin Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin məsuliyyətə cəlb olunmasını tələb edirlər. Elə həmin məhkəmədə artıq analoji iddiaya baxılır. Iddianı Sabirabad, Saatlı və Imişli rayonlarının daşqından ziyan çəkmiş bir qrup sakini qaldırıb. Zərərçəkmişlər hökumət tərəfindən dəymiş ziyanın ödənməsinə nail olmadıqdan sonra məhkəməyə müraciət ediblər.
Qeyd edək ki, 2010-cu ilin iyulunda hökumət yaz daşqınının nəticələrinin aradan qaldırılması haqqında 197 saylı sərəncam imzalayıb və bu məqsədlə 300 mln. manat ayırıb. Sərəncamda birdəfəlik maliyyə yardımı verilməsi, binaların, fermer təsərrüfatlarının bərpası nəzərdə tutulur.
Lakin nəzərdə tutulmuş tədbirlər qismən həyata keçirildi ki, bu da indiyədək əhalinin narazılığına səbəb olur(Turan).
Məhkəmədə daşqından ziyan çəkmiş vətəndaşların hüquqlarını “Kür” və Hüquqi Maarifləndirmə Cəmiyyəti müdafiə edir.