3 polis cəbhəçi gənci yumruqlayıb, sonra isə qaçıb aradan çıxıb
2 aprel aksiyasına görə həbs olunanların Nəsimi rayon məhkəməsində keçirilən məhkəməsindən sonra gərginlik yaranıb. Bu barədə AXCP Gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı “Azadlıq”ı məlumatlandırıb. O, deyib ki, məhkəmə bitəndən sonra 3 polis işçisi prosesə gələnlərlə süni qarşıdurma və gərginlik yaradıb. Bundan sonra həmin polislər Əbülfəz Qurbanlının üzərinə hücum çəkərək onun başına və bədəninin başqa yerlərinə yumruq-təpik vurublar. Zərbələrdən Qurbanlı yerə yıxılıb. Onun bədənində zərbələrin izləri qalıb.
Əbülfəz Qurbanlı deyir ki, onu döydükdən sonra həmin polislər qaçıb gediblər. Ərazidə qalan polislər isə onların kimliyini açıqlamaqdan imtina ediblər.
AXCP GK-nin sədri bildirib ki, üzləşdiyi zorakılıqla bağlı prokurorluğa müraciət edəcək.
Siyavuş



