Dünyanın ən mənfi imicli, bu gün-sabah siyasi baxımdan gəbərəcəyi heç bir şübhə doğurmayan ən bivec siyasətçisi, ən debil liderinə də möhtərəmimiz cani-könüldən, sidq-ürəkdən yardım etməyə hazırdır. Daha baxmaz ki, bu Azərbaycanın strateji maraqlarına uyğundur, yaxud ölkənin taleyinə bir isti-soyuğu var, ya yox? Heç vecinə də deyil – gəldimi, istədimi, vəssalam, yardım edin!
Hələ Azərbaycana gələnə qədər “diktator”, “insan haqlarının düşməni”, “hakimiyyəti zəbt etmiş şəxs” kimi parlaq epitetlərlə sivil dünyanın “şərəfsizlər” siyahısında adı öndə gedən Belarus prezidenti Lukaşenko Azərbaycandan 300 milyonluq güzəştli kredit qoparmağa nail oldu. Nail oldu deyəndə ki, Ilham Əliyev verməsəydi, necə alacaqdı, necə nail olacaqdı?
Belarus ilə bizi nə birləşdirir? Avropa Birliyində lobiçiliyimizimi edəsidir, ermənilərdən Dağlıq Qarabağımı alıb bizə verəsidir, ya Bakı-Ceyhan durbamız bu ölkənin torpaqlarından keçir? Nədir də bu Belarusun dəyəri Azərbaycan üçün? Hansı strateji siyasi-iqtisadi bağlar birləşdirir Belarus ilə Azərbaycanı? Hansı müştərək mənəvi-etnik kökləri var?
Bir müddət öncə Gürcüstana 200 milyon pul verilmişdi – faizsiz, müddətsiz; yəni bəxşiş! Bu bəxşişə, cəhənnəm, birtəhər dözmək olardı – Gürcüstanda milyona yaxın azərbaycanlı yaşayır, çığ bir qonşumuzdur, Avropaya uzanan neft-qaz durbalarımız burdan keçib gedir və s. Yaxşı, bəs, Belarus?Faiz haqqında məlumatı oxuyanda dəli olmaq dərəcəsinə çatdım: illik 0,01 faiz!
Deməli, Ilham Əliyev heç bir iqtisadi, siyasi, mənəvi, maddi xeyir güdmədiyi Belarus diktatoruna 300 milyonluq vəsaiti illik 0,01 faizə, yəni “elə-belə”, “sadəcə”, “kefinə görə”, “əcəb elədiyi üçün”, “xurma yedizdirdiyi orqanının istəməsi səbəbindən” verir, ancaq bu xalqın illərdir evsiz-eşiksiz qalan övladlarına min bir zülümlə, qırğın-qiyamətlə ayırdığı ipoteka kreditinin illik faizini 4-8 arasında müəyyənləşdirir? Sosial ipoteka kreditinin həcmi də bilirsinizmi nə qədərdir? Iki il müddətində 14 milyon! Yəni Lukaşenkonun olmayan kəkilinə bir anda qurban etdiyi vəsaitin 20-də birini 2 ildə millətə qıymayıb!
Xalqın pulunu xalqın özünə fantastik faizlə verir, ancaq xalqın pulunu şərəfsizlər siyahısında ilk yerləri bölüşən birisinə illik 0,01 faizlə!Yəni, bu xalqın alnınamı yazılıb ki, onun var-dövlətini ancaq Lukaşenko kimi diktatorlar, şərəfsizlər, layaqətsizlər yeməlidir? Ilham Əliyev nə vaxta qədər lukaşenkolara yedirəcək bu xalqı?
Hələ müqayisə etdiyimiz faktlar güzəştli ipotekaya aiddir. Amma başqa kreditlər də var, axı!
Dövlət Neft Fondunun vəsaitləri illik 1,3-1,8 faizə dünya banklarına yatırılıb. Amma ölkə daxilində illik neçə faizə kredit götürmək olur? Azərbaycanın təbii sərvətindən gələn gəliri xarici banklara illik orta hesabla 1,5 faizə yatırıb, həmin vəsaiti Azərbaycan xalqının özünə ən azı 18 faizlə verməyin adı nədir?Yalnız və yalnız odur ki, Ilham Əliyev bu xalqa nifrət edir; Ilham Əliyev bu xalqa düşməndir; Ilham Əliyev bu xalqı qırmaq istəyir; Ilham Əliyev Azərbaycanı dağıtmaqla məşğuldur. Niyə? Erməninin missiyasını Azərbaycan prezidenti niyə yerinə yetirməlidir? Arvadı, qaynı, dayısı erməni olanları vəzifədə saxlayır, onlara böyük-böyük səlahiyyətlər verir, Bakıdan qazandıqları vəsaitlərin erməni diasporunun güclənməsinə, Dağlıq Qarabağ ermənilərinin silahlanmasına yönəlməsinə dolayısıyla şərait yaradır və buna qane olmayıb, bu xalqı və milləti məhv edirsə, nə deyəsən, adını nə qoyasan bunun?



