Liviya diktatoru bir zamanlar sıxışdırdığı islamçılarla əməkdaşlığa can atır
Liviya diktatoru Müəmmər Qəzzafi sonunun yaxınlaşdığını başa düşdüyü üçün öz-özlüyündə ağıllı tərpənərək dünyanı aldatmağa çalışır. Diktatorun oğlu Seyfülislam Qəzzafi bir zamanlar təzyiq altında saxladıqları islamçı qruplarla əməkdaşlıq etməyə çalışdıqlarını açıqlayıb.
“The New York Times” qəzetinə açıqlama verən oğul Qəzzafi Benqazidəki yeganə güc kimi qəbul etdikləri islamçı hərəkatın rəhbəri Əli Səllabi ilə imzalanmış müttəfiqlik müqaviləsinin Ramazan ayından sonra açıqlanacağını bildirirb. Eyni qəzetə danışan Səllabi isə Qəzzafi rejimi ilə danışıqları təsdiqləsə də, tərəflər arasında hər hansı razılaşma imzalanmadığını söyləyib.
Seyfülislam Qəzzafi jurnalistlərlə görüşü zamanı yeni imicdə görünüb. Saqqal buraxan və müsahibə zamanı təsbeh çəkən oğul Qəzzafinin sözlərinə görə, Liviya hakimiyyəti düşünür ki, islamçı qruplaşmalar qanlı terrorçulardan ibarət olsa da, yeganə çıxış yolu onlarla əməkdaşlıq etməkdir.
İnformasiya şöbəsi