Polşanın xarici işlər naziri: «Lukaşenko hakimiyyəti dinc yolla təhvil versə, yaxşı olar»
Polşanın xarici işlər naziri Radoslav Sikorski Belarus diktatoru Aleksandr Lukaşenkonu hakimiyyətin dinc yolla təhvil verilməsini nəzərdə tutan danışıqlara başlamağa dəvət edib. Ingiltərənin “The Times” qəzetinə müsahibə verən Sikorski Lukaşenkonun Yaxın Şərq və Şimali Afrika diktatorlarının taleyilə üzləşməmək üçün düşünməyə vaxtı olduğunu söyləyib.
Qərb ölkələrinin Lukaşenko rejiminə qarşı tətbiq etdiyi sanksiyalara toxunan polşalı nazir Belarusda demokratiyaya keçid prosesinin dinc yolla başlanması üçün bütün variantlardan istifadə olunacağını bildirib. Radoslav Sikorski Lukaşenkonu Hüsnü Mübarək və Müəmmər Qəzzafinin aqibətindən dərs çıxarmağa, ona təklif olunan imkanları dəyərləndirməyə çağırıb.


