Türkiyənin Ali Hərbi Şurasının (AHŞ) toplantısı başa çatıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, toplantıda silahlı qüvvələrin rəhbərliyindən istefa verən şəxslərin yerinə yenilərinin təyini, həmçinin, bir sıra zabitlərin rütbələrinin yüksəldilməsi məsələsi müzakirə edilib.
Artıq bütün qərarlar qəbul edilib. Məlumata görə, toplantının yekun qərarları sabah prezident Abdullah Gülə təqdim edildikdən sonra mətbuata açıqlanacaq.
Qeyd edək ki, Türkiyədə bu il ilk dəfə AHŞ-nın toplantısı ərəfəsində ordu rəhbərliyinin əsas şəxsləri istefa verdi. Toplantıda istefa verən baş qərargah rəisi, ordu generalı İşıq Koşanerin yerinə quru qoşunları komandanı Necdət Özəlin gətirilməsi qərarlaşdırılıb.