Naxçıvanda jurnalistə qarşı cinayət işi açılıb

Avqustun 3-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnistitutunun (RATİ) Naxçıvan üzrə müxbiri Həkimeldostu Mehdiyevə qarşı cinayət işi açılıb. O, 1050 manat 18 qəpiklik elektrik enerjisinin talanmasında ittiham olunur. Jurnalistdən yaşadığı Şərur rayonunun ərazisini tərk etməmək barədə iltizam da alınıb. Bu barədə onun özü “Azadlıq” radiosuna məlumat verib.

H. Mehdiyev deyir ki, ona təklif olunan dövlət hesabına ayrılan vəkildən imtina edib və müdafiəsini özü edəcək: «Bakıdan bura heç kim gəlmir, hamısı rejimin əməllərindən qorxduğu üçün gəlmir, məcburuq özümüz müdafiə edək. Daha sonra ittiham oxunandan sonra ifadə almaq istədilər, yazılı şəkildə bildirdim ki, qərəzli araşdırmanızdan bezmişəm və məhkəməyə kimi suallarınıza cavab verməyəcəyəm. Ssenarisi çoxdan qurulmuş prosesdir. Müstəntiq sanki icra hakimiyyətinin orqanıdır, onun əmrini yerinə yetirir».

18 gündür işıqsız qaldıqlarını deyən H.Mehdiyevi yerli hakimiyyət evlərinin yanındakı