Azərbaycan biliciləri çempion oldu

Gürcüstanın Batumi şəhərində keçirilmiş “Nə? Harada? Nə vaxt?” intellektual oyununun Cənubi Qafqaz üzrə 13-cü çempionatında Azərbaycan birinci oldu.

Faiq Hüseynovun komandası I, Nigar İbrahimova II, ötənilki qalibimiz Balaş Qasımovun komandası isə III yeri qazanıblar. Qeyd edək ki, azərbaycanlı bilici Rüfət Abdulla isə Fərdi Oyun yarışmasının qalibi olub.

Xatırladaq ki, birincilik uğrunda Azərbaycan, Gürcüstan və Ermənistan yığmaları yarışıblar. 52 komandanın iştirak etdiyi bilik yarışının münsiflər heyətinə “Büllur bayquş” mükafatı laureatları Aleksandr Druz (Sankt-Peterburq), Aleksandr Rubin, İlya Novikov (hər ikisi Moskva) və Yelena Potanina (Odessa) daxil olub.

Qeyd edək ki, indiyədək keçirilmiş 12 çempionatda Azərbaycan 5, Gürcüstan 4, Ermənistan isə 3 dəfə qələbə qazanıb (ans press).