Hacıbala Abutalıbov məhkəmədə uduzdu

Məhkəmə Bakı meriyasının üzərinə paytaxtın baş planını ictimaiyyətə açıqlamaq öhdəliyi qoydu

Bakı Şəhəri Icra Hakimiyyəti Bakı şəhərinin Baş Planının layihəsini ictimaiyyətə açıqlamalıdır. Bu qərar Bakı şəhər inzibati-iqtisad məhkəməsində qəbul olunub.
Bu barədə Media Hüquqları Institutunun “Turan”a daxil olmuş məlumatında deyilir. “Informasiya əldə etmək haqqında” qanuna görə, Bakının Baş Planı açıq bilgi hesab olunur. Ictimai maraq daşıyan belə bilgilər hər kəsin asan əldə edə bilməsi üçün informasiya sahiblərinin internet saytlarına daxil edilməlidir. Ancaq 10 ildən artıqdır ki, medianın əldə etməyə çalışdığı bu sənəd hələ də gizli tutulur.
Demokratiya və Insan Haqları Mərkəzinin rəhbəri Aytəkin Imranova 2010-cu ilin dekabrında BŞIH-ə informasiya sorğusu göndərib. O, Bakının Baş Planının surətini, habelə planla bağlı digər məlumatları istəyib. Icra hakimiyyəti sorğunu cavablandırmayıb. Sorğuçuya hüquq yardımı göstərən Media Hüququ Institutu icra hakimiyyətinin hərəkətsizliyindən Bakı Inzibati-Iqtisadi Məhkəməsinə şikayət edib. Iddiaya hakim Tahirə Əsədovanın sədrliyi ilə baxılıb. Məhkəmə heyəti iddianı təmin edib. Məhkəmənin qərarına əsasən icra hakimiyyətinin bilgi sorğusunu cavablandırmaması qanunsuz hesab edilib, BŞIH-in üzərinə bilgi sorğusunu cavablandırmaq vəzifəsi qoyulub(Turan).