Kəmaləddin Heydərov, Ziya Məmmədov və Füzuli Ələkbərov kənd uğrunda «vuruşur»
Beş ulduzlu hotelin tikintisi kəndi mühasirəyə alıb
Səliqəli evləri, gül qoxuyan bağçalar, hər bir qapının ağzında qoyulmuş skamyada oturan qarıların çox sakit tərzdə rus dilində pıçıldaşmasını görəndə özünü Rusiyanın ucqar bir əyalətində hiss edirsən. Bu, sənə yuxu kimi gələ bilər. Ancaq həqiqətdir. Bura ölkənin ən məşhur kəndlərindən biri – Ivanovkadır. Bura qonaq gedən insanlara xüsusi rəğbət bəsləyirlər. Rus dilində danışanı belə, səni görəndə türk dilində salamlayır, “xoş gəldin!” deyir. Bura dünən də belə olub, indi də belədir, ancaq sabah belə olacağına şübhə var. Ivanovkada nə qədər çox qalsan, şübhələrin bir o qədər həqiqəti sənə deyəcək… Çünki…
Nikitinin ev muzeyi icra başçısına qurban gedib

“Əmək və əhalinin sosial müdafiə naziri Füzuli Ələkbərovun qardaşı, Ismayıllının icra başçısı Nizami Ələkbərov Ivanovka kəndindəÿ 10 evÿalıb.ÿ Həmin evlərin,ÿdaha ÿdoğrusu, villalarınÿ hər birinə 150 ÿmin manat sayan Ələkbərov kəndi tamamilə boşaltmaq, yaxşıÿ gəlir gətirəcək turizm zonasıÿ yaratmaqÿ niyyətindədir” – bu sözləri bizə kənddə olanda sakinlərdən biri dedi. Onun sözlərinə görə, kəndin əsasən ruslardan ibarət sakinləri Ivanovkadan çıxır.
Ivanovkada olanda onu da öyrəndik ki, qardaşına arxalanan başçı uzun illər Ivanovka sovxozuna rəhbərlik etmiş və təkcə Azərbaycan yox, SSRI miqyasında tanınmış şəxs olan Nikitinin ev muzeyini də öz maraqlarına qurban verib. Belə ki, istər rayon əhalisinin, istərsə də Ismayıllıya qonaq gələnlərin tez-tez baş çəkdiyi muzeyin ətrafındakı torpaq və evlər alınıb. Bundan sonra muzeyə gediş-gəliş faktiki olaraq qadağan edilib.
Nizami Ələkbərovun Ivanovka “məcəraları” bununla bitmir. Belə ki, o, kolxoza aid 3000 hektar əraziyə sahib çıxmağa çalışır. Bu faktı da kənd sakinlərindən biri dedi. O qeyd edir ki, hələ ötən əsrin sonlarında torpaq islahatı həyata keçirilən zaman kolxozda çalışanlar ümumi yığıncaqda dağılmaq istəmədiklərini bəyan ediblər: “Ruslar, ləzgilər birgə təsərrüfatçılıq sistemi daxilində fəaliyyət göstərməyin tərəfdarı olduqlarını bildiriblər. Ancaq indi kolxozçulara maaş verilmir, onların haqları pozulur. Çünki kolxozun ərazisini rayon icra hakimiyyətinin rəhbərliyi ələ keçirib və yaradılmış bu süni problem də kolxozun dağılmasına hesablanıb. Buna dözə bilməyən ruslar və ləzgilər məcburiyyət qarşısında başqa yerlərdə işləməyə gedirlər. Bundan əlavə, hazırda kənddə 150-dən çox ev satışa çıxarılıb”.
5 ulduzlu hotel heyvanlar üçün örüş yeri saxlamayıb
Ivanovkanın sakinləri deyir ki, kolxoza məxsus 300 hektar üzüm sahəsini becərməyə də imkan yoxdur. Çünki texnikaların təmiri ilə məşğul olan mexanizatorlar yox səviyyəsindədir. Bu azmış kimi kolxozun ərazisində çörək zavodu tikilib. Zavoda işçi qüvvəsinin kənardan gətirilməsinə baxmayaraq, yenə də işçi çatışmazlığı var. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, cavab verilməyib. Çünki aparılan işlər məqsədlidir. Məqsəd payçıları kənddən uzaqlaşdırmaq, kolxoza məxsus min hektarlarla torpaq sahəsinə yiyələnməkdir.
Ivanovkada Anval adlanan yerdə 5 ulduzlu hotelin tikintisi ilə əlaqədar heyvanlar üçün örüş yeri belə, qalmayıb. Hotel tikintisi səbəbindən kənd mühasirəyə alınmış kimi görünür. Indiki durumda ivanovkalılara istirahət mərkəzi lazım deyil. 5000 hektar torpağı, 3000 iri buynuzlu, 7000 xırda buynuzlu heyvanı olan bir təsərrüfatı var. Ancaq 500 nəfər işçisini dolandıra bilmirlər.
Kənddə 200-ə yaxın ev satışa çıxarılıb ki, onların da bir qismi artıq alınıb. Ivanovka sakinləri evlərini satıb başqa yerlərə köçürlər. Sakinlər deyirlər ki, kolxoza ayrılan pullar da mənimsənilir: “Bu işlərin bir nömrəli baiskarı icra başçısı Nizami Ələkbərovdur. Çünki subsidiyaları o mənimsəyir. Bizə belə münasibət göstərilməsi yolverilməzdir. Bu, qeyri-qanuni addımdır. Yüzlərlə insanın çörəyini əlindən almaqdır”.

Üç məmurun qırğını
Maraqlısı odur ki, kənddə qaz, işıq və su problemi yoxdur. Camaat bu sarıdan əziyyət çəkməsə də, başqa problemlər üzündən Ivanovka getdikcə boşalır. Bir sözlə, hamının qaz, işıq, su problemi ivanovkalılara, onların da problemi digərlərinə yaddır. Füsunkar təbiəti olan Ivanovkada belə problemlərin olması heç də təsadüfi deyil. Ölkənin məmur-oliqarxları bütün səfalı guşələr kimi, bura da göz dikiblər.
Elə bunun nəticəsidir ki, Ivanovka uğrunda Ziya Məmmədov, Kəmaləddin Heydərov və Füzuli Ələkbərov üçlüyü arasında savaş da başlayıb. Nəqliyyat naziri Ivanovkada qutu sexi açmaq, Fövqəladə hallar naziri üzüm bağları saldırmaq istəyir. Füzuli Ələkbərovun işi isə adları çəkilən şəxslərə mane olmaqdır, yəni, Ivanovka da daxil olmaqla bütün Ismayıllını öz monopoliyasında saxlamaqdır. Ivanovkada qalmağa kirayə evlər də var. Kəndə qonaq gedən bir gecəlik 5 manata ev tapa bilər. Bundan əlavə, burada axşamlar adətən, diskoteka da olur. Gənclər yığışır, kəndə təşrif buyuran qonaqlarla birgə əylənirlər.
***
Bura Ivanovkadır – dərdi Ismayıllı boyda olan bir kənd…
Günlər ötdükcə ekzotik təbiətli bu məkan məmur müdaxiləsi, imkansızlıq, haqqı ayaqlar altına atılmaq, bir qarın çörəyə möhtac olmaq ucbatından boşalır. Bütün Azərbaycan kimi…
Ramin DEKO,
Bakı-Ismayıllı-Ivanovka-Bakı



