Maliyyə Nazirliyinin maxinasiyaları

Yaxud 14 saylı şəhər Poliklinikasındakı korrupsiya faktlarını kim aşkarlayacaq?

Uzun sürən mübarizədən sonra Maliyyə Nazirliyi həkim-cərrah Ələsgər Əliyevin haqlı olduğu qənaətinə gəlib. Söhbət ondan gedir ki, həkim-cərrah Ələsgər Əliyev əvvəllər işlədiyi Xətai rayonundakı 14 saylı şəhər Poliklinikasının baş həkimi, törətdiyi əməllərə görə sorağı Avropa Məhkəməsindən gələn Mahmudov Əlisahib Balaş oğlunun korrupsiyaya hesablanmış idarəçilik metodu barədə yuxarı dövlət orqanlarına, o cümlədən Maliyyə Nazirliyinə ünvanladığı müraciətlərə səthi yanaşır, ərizəçinin həmin səhiyyə müəssisəsində yoxlama aparılması barədə tələblərini yerinə yetirmirdi.
Xüsusilə Maliyyə Nazirliyi Ələsgər Əliyevin Xətai rayonundakı 14 saylı şəhər Poliklinikasında təkrar yoxlama aparılması barədə tələblərinə məhəl qoymur, 2008-ci ildə həmin səhiyyə müəssisəsində yoxlama apardığını əsas gətirərək təkrar yoxlamadan yayınırdı. Bu halda ərizəçi Ələsgər Əliyev Maliyyə Nazirliyinin vəzifə borcunu yerinə yetirməsi tələbi ilə məhkəmələrə də üz tutmuşdu. Nəticə o oldu ki, Maliyyə Nazirliyi Xətai rayonundakı 14 saylı şəhər Poliklinikasında ikinci dəfə yoxlama aparılması barədə Ələsgər Əliyevin tələblərinin əsaslı olduğu ilə razılaşdı və 9 fevral 2011-ci il tarixdən 17 mart 2011-ci il tarixədək Əlisahib Mahmudovun baş həkimlik etdiyi tibb müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə “göz gəzdirdi”.

“Ölü canlar”la mübarizə

Bu yazıda biz həm pozulmuş hüquqlarının bərpası uğrunda mübarizə aparan Ələsgər Əliyevin Maliyyə Nazirliyinin 2008-ci ildə və 2011-ci ildə apardığı yoxlamalar zamanı korrupsiya faktlarını necə ört-basdır etdiyini, aktlar arasında mövcud olan ziddiyyətləri aşkarlamasını diqqətinizə çatdırırıq:
“Müxtəlif dövlət qurumlarına etdiyim şikayətlər əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin DMNX-də 29 saylı qeydiyyata alınmış şikayət ərizəmdəki baş həkim Ə.Mahmudovun 14 saylı poliklinikanın digər işçiləri olan kadr işi üzrə müfəttişi Z.Əliyeva və təsərrüfat müdiri-xəzinədarı K.Manafovla qabaqcadan əlbir olmaqla və razılaşmaqla 103 nəfər işçi içərisində 31 nəfər ”ölü can”ların saxlanması və onların adlarının qarşısına maaş pulu (yardım və mükafat pulları da yazılıb mənimsənilə bilər) yazıb saxta imzalarla mənimsəmələri, 2000 ABŞ dolları Əhmədli kənd Bələdiyyəsinin sədri Xudayar Xudiyevdən baş həkim Ə.Mahmudovun əlbəəl alması, lakin 2 il keçəndən sonra 2000 ABŞ dollarının həmin bələdiyyənin 86 saylı kassa məxaric orderi ilə 866,0 AZN pula əvəzlənərək guya “düz”ə çıxarılması və digər ciddi qanunsuzluqlarının, korrupsiya əməllərinin MN-nin DMNX-nin 000832 saylı vəsiqəsi əsasında, 09 fevral 2011-ci il tarixdən başlayan araşdırmalarda özüm və iki nümayəndəm (baş həkim araşdırmanı aparan MN-nin DMNX-nin yoxlamaya cəlb olunmuş nümayəndələri M.Seyfullayevin və R.Yusifovun gözü qarşısında nümayəndələrim Xaqani Rzaquliyev və Fuad Məmmədova maneələr yaratsa da) iştirak etdiyimiz vaxt qismən baxdığımız və müşahidə etdiyimiz sənədlərə və MN-nin DMNX-nin nümayəndələrinin tərtib etdiyi akta şikayətçi kimi mən Ələsgər Əliyev bu qeydləri etməyə məcbur oldum. Ona görə ki, şikayət ərizəmdəki faktların çoxu səthi araşdırılmağa çalışılmış, bir qismi də ümumiyyətlə, lüzumsuz və az aidiyyəti sənədlərlə ört-basdır edilməyə çalışılmış, maddi-məsul şəxslərin və “ölü can” kimi adları göstərilənlərin fəaliyyətini əks etdirməli olan sənədlər yoxlama yekun aktında ətraflı göstərilməmişdi”.

Yarımçıq yoxlama

Məsələn, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Müfəttişlərinin 15/V-03/VI-2008-ci ildəki yoxlama aktı ilə 09/II-17/III-2011-ci ildəki yoxlama aktı arasındakı ziddiyyətlər və faktların ört-basdır edilməsinə dair Ələsgər həkimin rast gəldikləri aşağıdakılardır:
“Maliyyə naziri S.Şərifova 14 saylı ŞP-nin baş həkimi Ə.Mahmudovun bir qrup şəxslə qabaqcadan əlbir olmaqla və razılaşmaqla törətdikləri ciddi korrupsiyaya və qanunsuzluqlara yol vermələri barədə 12 yanvar 2011-ci il tarixdə araşdırma aparılması barədə ərizəm tam yoxlanılmayıb, çox hissəsi təhrif olunub və ört-basdır (baş həkimin yazdığı izahatlarla və daha lazımi sənədləri yoxlama materiallarına əlavə etməməklə kifayətlənməklə) edilib.
– Baş həkim Əlisahib Mahmudov Əhmədli Bələdiyyəsinin sədri Xudayar Xudiyevdən 2006-cı ildə 14 saylı ŞP-nin təmir edilməsi adı ilə 2000 ABŞ dolları nəğd şəkildə alsa da və həmin dollarları biz işçilərə təmir üçün aldığını deyərək göstərsə də, sonradan onu müfəttiş M.Müslümovla saxta sənədlərlə “düzə çıxarma”ları (təmiri Atif adlı bələdiyyəyə dəxli olmayan ustanın aparması, yerinə yetirilmiş, təmir işlərinə görə 2 saylı aktın olmaması, saxta tərtib və sonradan tərtib olunmuş guya 16 oktyabr 2006-cı ildə bələdiyyə sədrinin verdiyi 0166 saylı əmrlə və guya 16/X-2006-cı il tarixli 86 saylı kassa məxaric orderi ilə bələdiyyə sədrinin müavini Yaşar Məmmədov vasitəsilə verilməsi (Yaşar Məmmədovun avtoqəza nəticəsində 2007-ci ildə vəfat etməsini, ola bilər ki, heç kim araşdırmasın fikri ilə “malalamaq” istəyiblər) 03/VI-2008-ci il tarixdəki aktda yazılsa da, 2011-ci ildəki 09/II – 17/III tarixindəki MN-nin aktında bu xüsusatlar araşdırılmadı. 14 saylı ŞP-nin baş həkimi Ə.Mahmudov şəxsi marağına (yəni xəstənin əri Sabir Yəhyayevin baş həkim Ə.Mahmudova 200 litr “kraska” – yağlı boya verməsi müqabilində və s.) görə Nərimanov rayonundakı 8 saylı ŞP-da tibbi qeydiyyatda olan, eləcə də Nərimanov rayonu Ağa Nemətulla küçəsi 69 ünvanında pasport qeydiyyatında olan onkoloji xəstəni təlimata görə ancaq Bakı Baş Səhiyyə Idarəsinin rəisinə xəstə və ya xəstənin himayədarı olacaq ailə üzvünün yazdığı və BBSI-nin rəisinin dərkənarı (icazə verilməsi üçün) və imza, möhürlə təsdiqlənməmiş ərizə ilə tibbi qeydiyyata götürülmə və ona baş həkimin təhriki ilə həmin narkotik preparatları xəstəyə Onkologiya Institutunun və şəhər Onkoloji Dispanserinin onkoloq mütəxəssis rəyi olmadan təyin olunması və buna görə də xəstənin ərinin həmin narkotikləri – “Omnopon” və “Promedol”u xəstə Lyubov Yəhyayevaya səriştəsiz vurması və ya vurdurması, ya da heç vurdurmaması barədə xəstənin tibbi kartında qeydlərin olmaması və xəstənin qısa müddətdə ölməsi faktı MN-nin 03 iyun 2008-ci il aktında təhrif olunmuş və lazımınca araşdırılmamış, MN-nin 17 mart 2011-ci il tarixdə tərtib etdiyi yoxlama aktında isə bu “ölümə səbəb olmuş” ciddi fakt heç araşdırılmamışdır (Halbuki baş həkim Ə.Mahmudov xəstənin tibbi kartına bir sıra qanundankənar müdaxilələr etdirmişdir).
2008-ci ilin 03 iyun aktında “yeni aşkarlanan ”ölü canlar”dan Səmədova Solmaz Əsgər qızı (tibb bacısı) 14 saylı ŞP-da 14 noyabr 1985-ci ildən 01 avqust 2003-cü il tarixə kimi olan dövrdə işləməsi faktının araşdırılması da saxta əmr və arayışla gizlədilməyə çalışılmışdır. Belə ki, guya Səmədova Solmaz işdən çıxma ərizəsini qısa müddətdə 14 saylı ŞP-də baş həkim əvəzi olmuş Nuridə Həsənovanın adına yazmışdır. Lakin bundan (bu ərizədən) nə Səmədova Solmaz Əsgər qızının, nə də baş həkim əvəzi olmuş Nuridə Həsənovanın xəbəri olub.
Mən Ələsgər həkim də 2002-ci ilin sentyabrın 5-dən 2003-cü ilin avqustunadək elə bir tibb bacısının bizim kollektivimizdə “işlədiyini” nə görmüş, nə də ki, eşitmişəm. Tibb bacısı Səmədova Solmaz Əsgər qızının və baş həkim əvəzi olmuş Nuridə Həsənovanın heç bir MN-nin aktında izahatları yoxdur.
Məmmədova Səkinə Rəsul qızının 14 saylı ŞP-də 01 may 1996-cı il tarixdən 01 mart 2004-cü il tarixə kimi olan dövrdə tibb bacısı vəzifəsində “işləməsi”ni MN-nin 03 iyun 2008-ci il tarixindəki aktında guya Bakı şəhəri Icra Hakimiyyəti nəzdində 111 saylı Mənzil Tikinti Kooperativinin idarə heyətindən baş həkimin müdaxiləsi ilə alınmış arayışa əsasən Məmmədova Səkinə Əsgər qızı əvvəl yaşadığı Bakı şəhəri Sarayev küçəsi 11 saylı binada yaşamadığını əsas gətirirdilərsə də və buna görə də guya ondan izahat almaq mümkün olmadığını göstərsələr də, MN-nin 17 mart 2011-ci il tarixdəki 16 səhifəlik aktının 6-7-ci səhifəsində yenə də təhrif etməklə bu cür göstərilib.
Imzalarında fərqlər olan 2 nəfərdən guya izahatlar alınmış, onlardan Bakı şəhəri, 5-ci Əhmədli, 3 saylı evdə yaşayan Əbdülrəhmanova (Məmmədova) Səkinə Rəsul qızı izahatında 2003-cü ildən uşaqlarının xəstə olması ilə əlaqədar işə gedə bilmədiyini və poliklinikanın baş həkimi Ə.Mahmudovu tanımadığını, eləcə də işdən çıxması ilə əlaqədar poliklinikanın baş həkiminə yazılmış 27 fevral 2004-cü il tarixli ərizəni yazmadığını və həmin ərizədəki imzanın ona məxsus olmadığını bildirmişdir.
Səkinə (Əbdülrəhmanova) Məmmədovanın adına 2004-cü ilin mart ayına kimi əmək haqqının ödənilməsi sənədləşdirilmişdir.

Ziddiyyətli məqamlar

Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi 4/29 ünvanında yaşayan Rzayeva Şəhla Şükür qızı izahatında 2005-ci ilin iyun ayından 2006-cı ilin ortalarına kimi qeydiyyatçı kimi işə gəlib-getdiyini, 11 iyul 2005-ci il tarixli 32 saylı əmrlə ona həvalə olunmuş 0,5 oklad rentgen kabinetində sanitar işini icra etmədiyini və həmin əmrlə tanış olmadığını bildirmiş, əmək haqqı cədvəllərindəki uyğunsuzluqları isə bəzi hallarda onun əvəzindən həmin cədvəllərdə Kamil adlı şəxsin imza etdiyini, lakin əmək haqqı məbləğlərini özünün aldığını göstərmişdir. Həmçinin Şəhla Rzayeva işdən azad olma barədə 08 iyun 2007-ci il tarixli ərizəni yazmadığını, lakin həmin ərizədəki imzanın ona məxsus olduğunu, işə gəlib-getməyinin çətin olduğu və uzun müddət işə getmədiyi üçün işdən çıxdığını bildirmişdir.
Işdən azad olunmuş qalan 9 nəfərdən isə izahatların alınması mümkün olmamışdır.
2005-ci ilin avqust ayında vəfat etmiş və şikayət ərizəsində adı göstərilən Iradə Becan qızı Əliyevanın şəxsi işi yoxlamaya (MN-nin 17/III-2011-dəki aktı olan) təqdim olunmamışdır.
Maliyyə Nazirliyinin 17 mart 2011-ci il tarixli yoxlama aktının 6-cı səhifəsində daxili əvəzçiliklə işləyən işçilərə əmək haqlarının ödənilməsi vəziyyətinin düzgünlüyü yoxlanılarkən guya 1 hal istisna edilməklə kənarlaşmanın aşkar olunmadığı yazılıb göstərilmişdir. Belə ki, xadimə Həmidə Nəcəf qızı Allahverdiyeva komissiyaya təqdim etdiyi izahatında 1,5 ştat vahidi xadimə kimi əmək haqqı almasına baxmayaraq, faktiki olaraq 1,0 ştat vahidi xadimə işlədiyini, 0,5 ştat vahidi isə xadimə işləmədiyini, lakin əvəzçilik saatlarında qeydiyyat şöbəsində əlavə işlər gördüyünü (ambulator kartların toplanmasına köməklik göstərməsi, telefon zənglərinə cavab verilməsinə və s.) göstərmişdir…

ardı var