Asfalt çəkirlər, adam tuturlar…

Hazırda ölkəmizdə 30-a qədər siyasi məhbusun – siyasi niyyətlə şərlənərək tutulan adamların məhkəməsi gedir, onlardan bəziləri artıq ilkin instansiyada həbs cəzası alıb, qalanları da mərdliklə cəzanı gözləyir. Onların hamısı fərqli düşüncəyə, yəni hakimiyyətə sərf etməyən fikrə görə, həmçinin azadlıq və demokratiya tələb etdiyinə görə tutulublar. Heç birinin qanunsuz əməli yoxdur. Aralarında işıqlı gənc nəslin nümayəndələri çoxluq təşkil edir. Gələcəkdə bir çox akademiklər, alimlər, yaşlı, saqqallı kişilər bu dövrə görə özlərinə bəraət qazandırmaq üçün deyəcəklər ki, yanılmışıq, anlaya bilməmişik. Amma bu gənclər hər şeyi indidən anlayır, ölkəmizin yanlış yolunu dəyişmək istəyirlər. Qanunsuzluq edənlər onlar deyil, onları həbs edənlərdir…
Başa düşülən budur ki, Ilham Əliyev artıq adamları həbs etmədən hakimiyyətini saxlaya bilmir. Getdikcə daha çox adamı tutmağa məcbur olur. Deməli, getdikcə bu hakimiyyətin dayaqları daha çox çürüyür ki, onu yalnız həbs qorxusu ilə ayaqda saxlamaq olur… 

 

Amma yalnız asfalt çəkməklə, adam tutmaqla xalqa yararlı olmayan, tarixi gedişatın ziddinə olan bir sistemi saxlamaq mümkün deyil. Adam tutan rejimlərin hamısının axırı birdir, gömüləcək və onun yerində azadlıq naminə həbs edilənlərin arzuladığı bir gözəl ölkə qurulacaq.

Xaricdən gələn həkimi reklam edib,  xaricdə oxuyanın diplomunu tanımamaq

Səhiyyə Nazirliyi bəyan edir ki, tibb təhsilində rezidenturanın tətbiqi ilə bağlı xaricdə tibb təhsili alanların diplomları tanınmayacaq. Nə vaxta qədərsə. Bu anlaşılmayan xəbərin altında hansı niyyət yatır, onu bilmək olmur. Axı özünün diplomları xaricdə tanınmayan bir qurum bu xəbəri verərkən, görəsən, düşündümü ki, ölkəni xaricdən gələn həkimlərin reklamı başına götürüb.
Il boyu, hər gün bu reklamları eşidirik: filan xarici ölkədən filan həkim gəlib, tələsin ki, qəbuluna düşə biləsiniz. Bu reklamlar ölkə səhiyyəsinin nə gündə olduğunu sübut edir. Bu ölkənin səhiyyəsinə etibar yoxdur. Bu halda siz xaricdə tibb təhsili alan tələbənin diplomunu necə tanımayacaqsınız. Minnətiniz olsun ki, onlar bu ölkəyə qayıdır. Xaricdə tibb təhsili alan deyərkən isə dəqiqləşdirmə aparın, deyin ki, Azərbaycan kimi ölkələrdə təhsil alan tələbələrin diplomları tanınmayacaq. Qalanlarına isə yalvararaq iş verməyə hazırıq.

“Azerfon”un rəqiblərini hədələyən nazir

Keçək Rabitə Nazirliyinə. Müstəqil mətbuat bundan sonra səhvə yol verməli deyil. “Rabitə naziri “Azercell” və “Bakcell”“i hədələdi”“ kimi başlıqlar əvəzinə,  “Rabitə naziri “Azerfon”“”un rəqiblərini hədələdi”“ kimi başlıqlar verməlidir.

“Azercell”“ və “Bakcell”“” hədəsiz də qorxub, səslərini çıxara bilməyən müti qurumlara çevriliblər. Amma məsələ ondadır ki, hakim ailəyə məxsus şirkətə havadarlığı ifşa olunan nazir vəziyyətdən çıxmağın incə üsulunu tapıb, guya “Azercell”“” və “Bakcell”“ qiyməti ucuzlaşdırmağı üçün 3G lisenziyası almır. Amma dünənəcən deyirdilər ki, 3G tezlikləri özəl şirkət olan

BBTV-yə məxsusdur. Indi başqa bir şey deyirlər.

Belə çıxır ki, “Azerfon”“”  qiymətləri ucuzlaşdırdığı üçün 3G alıb, digərləri isə bunu etmədiyi üçün ala bilmirlər. Heç nə anlamaq olmur. Rəqib eyni xidməti daha ucuz edirsə, qalan şirkətlərə baha qiymət heç cür sərf etməz, bu, onların müştərilərini qaçırar. Deməli, işin arxasında yenə bir qaranlıq məqam var. Təəssüf ki, hakimiyyətin bəd niyyətlərindən qorxan bu şirkətlər açıqlama vermir və biz bəzi gerçəklikləri bilmirik.