Mətbuat Şurası ünvanı səhv salıb

Əflatun Amaşov Anar-Şamo Arif savaşından narahat olub

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin rəhbərliyinə müraciət edib.
Müraciətdə qeyd olunub ki, son vaxtlar həmin qəzetlərdə yazıçı Şamo Arifə istinadən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və onun valideynləri ilə bağlı materiallar dərc olunur:”Bu materiallarda etik çərçivədən kənara çıxan məqamların üstünlük təşkil etməsi heç də birmənalı qarşılanmır. Söhbət Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafında xidmətləri olan şəxslər barədə nalayiq fikir və ifadələrin ictimailəşməsindən getdiyindən məsələ narahatlıq və narazılıq doğurur”.
Müraciətdə eyni zamanda bildirilib ki, ədəbi-bədii proseslərdə bir əsrə yaxın baş verən hadisələrin heç də hamısı özəlliklərinə görə qabardılmalı mövzular deyil: “Bunların ölçülüb-biçilmədən təqdimatından, bəzən şəxsi münasibətlər fonunda ikrah doğuran şəkildə qabardılmasından tərəflərdən çox, cəmiyyət itirir”.
Şura sədri müraciətində, həmçinin adı çəkilən qəzetlərə fəaliyyətlərində cəmiyyət qarşısındakı öhdəliklərinə zidd hallara yol verməməyi, diqqətli olmağı, hadisə və proseslərə həssas yanaşmağı tövsiyə edib.

Redaksiyadan: “Azadlıq” olaraq bildiririk ki, Mətbuat Şurasının narahatlığını və həssaslığını başa düşür və bu mövqeyə hörmətlə yanaşırıq. Sözügedən polemikada bizi də narahat edən məqamlar var. Bununla belə, onu da qeyd edirik ki, bu polemikada iştirak edənlər cəmiyyətdə kifayət qədər ciddi qəbul edilən və dedikləri sözün məsuliyyətini kifayət qədər yaxşı başa düşən şəxslərdir. Bu mənada Mətbuat Şurasının bizə ünvanlanan iradlarını yersiz sayırıq. Hesab edirik ki, Mətbuat Şurası ünvanı düzgün seçməyib.
Iradlar “Azadlıq”a yox, bu polemikada çəkişən tərəflərə ünvanlansa, daha doğru olar, özü də birtərəfli qaydada yox. Çünki Mətbuat Şurasını narahat edən məqamlar hər iki tərəfin mətbuata təqdim etdiyi məqalələrdə var.

MÖVZU İLƏ ƏLAQƏDAR:

Mıxı mismar eləyən tanrı!

AYB-dən Şamo Arifə sərt cavab

Anar ittihamlara cavab verdi və…

AYB Mehriban Vəzirə cavab göndərdi

“Fikrət Qoca təpədən-dırnağacan saxtadır”

Anar-Şamo savaşına Fikrət Qoca da qoşuldu

Mehriban Vəzir Fikrət Qocaya sərt cavab verdi

Xaliq Bahadır: “Anardan… anasınadək”

Şamo Arif Xaliq Bahadıra cavab verdi

Anar Şamo Arifin debat çağırışını rədd etdi

“Anar ermənilər qarşısında susub…”

Şamo Arif Anara qarşı arxiv sənədləri çıxardı

Yazıçılar arasında qalmaqal böyüyür

Süleyman Rəhimovun oğlundan Anara sərt ittihamlar