Ailəsi və dostları Anders Breyviki necə xaraketrizə edir?
Norveçdə törətdiyi 2 terror aktıyla 76 nəfərin həyatına son qoyan Anders Breyviklə bağlı yeni məlumatlar yayılıb. “The Guardian” qəzetinin yazdığına görə, “əsrin canisi” qətliamı törətməmişdən təxminən 1 saat yarım öncə aralarında Norveç parlamentinin üzvü Tanquy Veysin də olduğu 1000-dən çox adama elektron məktub göndərib. Cani məktubları Endryu Bervik adı ilə göndərib. Elektron məktubu alanların 250-si İngiltərədə yaşayan şəxslər olub.
Müsəlmanların əleyhdarı kimi tanınan “Vlaams Belang” partiyasının üzvü Veys “The Guardian”a verdiyi açıqlamasında Breyvikin məktubunu alanlar arasında İtaliya, Fransa və Almaniyadan olanların da olduğunu bildirib.
Avropa Parlamentinin italyan deputatı, Silvio Berluskoni hökumətində koalisiya ortağı olan Şimal Liqası Partiyasının təmsilçisi Mario Borqeçio Norveçi qana bulayan Anders Breyvikin bəzi ideyalarını “əla fikirlər” adlandırıb. Deputat “əsrin canisi”nin güc tətbiq etməsini bəyənmədiyini bildirsə də, onun islam əleyhinə baxışlarını bölüşdüyünü vurğulayıb.
Digər tərəfdən Anders Breyvikin keçmişinə dair maraqlı məlumatlar da yayılmağa davam edir. Ailəsi və yoldaşlarının fikirlərinə diqqət yetirdikdə Breyvikin qeyri-adi şəxsiyyətiylə bağlı detallar ortaya çıxır. Deyilənlərə görə, “əsrin canisi” bir çox şeydən məhrum olaraq keçirdiyi gəncliyə görə özünü həmişə alçaldılmış hesab edib və xroniki qisqanclıq kompleksi ilə tanınıb.
Terror olaylarını reallaşdırmazdan əvvəl hadisədən sonrasını da düşünən Breyvik məhkəmələrdə, ictimaiyyətə “xarizmatik” görünmək üçün professional fotoşəkillər çəkdirib. Olaylardan sonra cəmiyyətə özünü baxımlı və yaraşıqlı təqdim etməyi də planlaşdırıb. Gəncliyində kompleksli olduğu deyilən Breyvik bir sıra estetik əməliyyatlar keçirərək sifətini gözəlləşdirib. Ailəsini əxlaqsızlıqda ittiham edən və anasıyla bacısını feminist olmaqda və aktiv cinsi həyat yaşamaqda günahlandıran Breyvik bundan utandığını da dilə gətirib. Breyvikin həmçinin zəngin yoldaşlarını qısqandığı və onları həddindən artıq pul xərcləməklə günahlandırdığı deyilir.
32 yaşındakı Anders Breyvik 1500 səhifəlik manifestində Balkanlarda Boşnak və Albanları “düşmən”, hazırda insanlığa qarşı cinayətlərə görə Haqaa Tribunalına çıxarılan Bosniya Serblərinin keçmiş lideri Radovan Karaçiçi isə “qəhrəman” kimi təqdim edib. Boşnak və Albanların Balkanlardan qovulmasının lazım olduğunu yazan “əsrin canisi” bu iki millətə qarşı amansız hərbi strategiya tətbiq edilməsinin vacibliyini də öz manifestində vurğulayıb. Boşnak və Albanlara qarşı “amansız hərbi strategiya” tətbiq edilməsinin da lazım olduğunu yazıb.
Breyvik gündəliyində Bosniya və Herseqovinyanın Serb və Xorvatlar arasında bölüşdürülməli olduğunu, Osloda qətliam törətməklə 60 il davam edəcək yeni bir dünya müharibəsini başladacağını və bu müharibənin “ana cəbhəsi”nin yenə Balkanlar olacağını yazıb. “The Times” qəzeti “əsrin casusu”nun 2002-ci ildə Londonda qurulan və Avropanın müxtəlif yerlərində alt qurumları olduğu iddia edilən “müasir səlib cəngavərləri” şəbəkəsinin üzvü olmasını istisna etmyəyib.
Elxan


