Saleh “yol xəritəsi” hazırlayıb

Yəmən diktatoru ölkənin böhrandan çıxması üçün öz təkliflərini açıqlayacaq

 

“Ərəb baharı”nın siçradığı ölkələrdən biri Yəməndə hakimiyyət əleyhinə etiraz davam edərkən, sarayına atılan raket zərbələri nəticəsində ağır yaralanaraq müalicə olunmaq üçün Səudiyyə Ərəbistanına yollanan Əli Abdulla Salehin yaranmış böhrandan çıxış məqsədiylə “yol xəritəsi” hazırladığı barədə xəbərlər yayılıb. “Əl Ərəbiyyə” qəzetinin yazdığına görə, Yəmən diktatoru bu həftə ərzində hazırladığı təkliflər paketini açıqlayacaq.

 

Salehin “yol xəritəsi” hazırladığını söyləyən Yəmənin vitse prezidneti, ölkənin fakiti rəhbəri Mənsur Hadi təkliflərin detalları barədə geniş açıqlama verməyib. Salehin səlahiyyətlərini icra edən Hadi “yol xəritəsi”nin həftə ərzində açıqlanacağını bildirib.

Xatrıladaq ki, Körfəz Ölkələri Əməkdaşlıq Şurası (KÖƏŞ) bir neçə ay öncə Yəməndə hakimiyyətin dinc yolla təhvil verilməsiylə bağlı “yol xəritəsi”ni irəli sürmüşdü. Müxalifət bu təkliflərlə razılaşmasa da, sonradan “yol xəritəsi”ni qəbul etdiyini açıqlamışdı. Lakin Saleh bir neçə dəfə təkliflər paketini imzalayacağına söz versə də, son anda fikrindən daşınmışdı.