Milli Mətbuat Günü ən çox Prezident sevinəcək

Iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd olunur. Hələ də təəccüb edirəm: nə əcəb, Ilham Əliyev və prezidentin ətrafındakı yaltaqlar dəstəsi iclas keçirib Heydər Əliyevi milli mətbuatın banisi elan etmirlər? Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin üstündən xətt çəkib, Heydər Əliyevi müstəqilliyimizin banisi elan edənlər üçün Milli Mətbuatın banisi Həsən bəy Zərdabini kənara atmaq elə də çətin olmaz. Hələ ki, bu hakimiyyət Azərbaycan tarixindəki bütün yaxşı işlərin “banisi”nin Heydər Əliyev olduğunu deyir. Amma vaxt gələcək, Azərbaycandakı bütün uğursuzluqların, cinayətlərin, faciələrin BANISI-nin Heydər Əliyev olduğu deyiləcək.

Ilk milli qəzetin… “Əkinçinin çap olunduğu vaxtdan 136 il keçsə də, hökumət jurnalistlərə peşə davranış qaydalarının yeni variantlarını öyrətməklə, onları “ağıllandırmaqla” məşğuldur. Son 5-6  ildə həbs olunan, döyülən, öldürülən, ismarış alan bütün qələm əhlinə ancaq “AĞILLI OL!” deyilib. Bir halda ki, ağıllı, istedadlı, cəsur, vicdanlı insanlara əvvəllər “DƏLI!”  deyirdilər. Hətta Osmanlı dönəmində savaşa gedəndə, ölkədəki ən zır dəliləri ordunun ön sırasına toplayıblar: “Cesur ve korkusuzca düşmana atılmaları nedeniyle halk arasında deli olarak anılmışlardır. Üzerlerine ayı, pars, aslan ve ya sırtlan postundan kılları dışarıda şalvarlar giyerlerdi. Bu daltarraklar savaşta gürz-kılıç filan kullanmayıp, düşman askerlerinin beyinlerini tek tokatla, (herhalde ”Osmanlı tokatı” lafı da burdan geliyo) dışarı çıkartırlarmış. Bayraklarında  “Kaderde ne varsa o gelir başa” yazılıydı. Sonradan giysilerinde değişiklik yapıldı, 17-ci yüzyıldan itibaren başlarına bir arşın uzunluğunda siyah kuzu derisinden üstü sarıklı bir kalpak giymeye başladılar”. Və bəlkə də, aslan, pələng dərisindən olan kalpakları, papaqları quzu dərisindən olan geyimlər əvəz edəndən sonra DƏLIlər yox olmağa, nəsli kəsilməyə başladı. Başqa türkdilli ölkələrdə deyə bilmərəm, amma bizim məmləkətdə DƏLI qıtlığıdı. Zır Dəlilər isə ümumiyyətlə, yoxdur. Doqquz milyon xalq quzu dərisinə bürünüb, gecə-gündüz mələyir… Keçən il, iyulun 22-si Milli Mətbuat Günü münasibəti ilə prezident jurnalistlərə müjdə verdi: dəliliyin daşını atıb ağıllanan qələm əhli üçün hökumət bina tikəcək. Binadan isə səs-soraq yoxdur. Çünki hələ hamı “ağıllanmayıb”. Bu gedişlə, yəqin ki, gələn il iyulun 22-si binanın özülünə beton tökülər, sonra növbəti ildə binanın birinici mərtəbəsi hazır olar. Və beləliklə, hər il iyulun 22-si prezidentin iştirakı ilə SINMIŞ QƏLƏM formasında olan binanın bir mərtəbəsinin qırmızı lenti kəsilər. Heç şübhəsiz, bu il Milli Mətbuat Günündə ən çox sevinən Ilham Əliyev olacaq. Prezident ətrafına düzülən boynubükük, quzu kimi jurnalistlərə baxanda fəxrlə sevimli, məşhur cümləsini təkrarlayacaq: “Biz inkişaf edirik, güclənirik, xalqımız varlanır, onlar isə aclıq içindədir”. Düz buyurursuz, cənab Prezident! SIZ inkişaf edirsiz, güclənirsiz, varlanırsız, onlar isə – şair Şaiq Vəlinin körpələri, əsgərlər, təqaüdçülər, tələbələr, şagirdlər, DƏLIlər…- aclıq içindədir… Ayıb olsun!