Samir Əliyev: «Ölkənin neftdən asılılığı getdikcə artır»
«Bu səbəbdən neftin qiymətində baş verən azalmalar ölkə iqsadiyyatına mənfi təsir edir»
Bu il ölkədə iqtisadi artım MDB ölkələri arasında ən aşağı səviyyədə – 4 faiz olub. Əvvəlki illər artımın getdikcə azalacağına dair proqnozlar verilirdi və artıq onlar özünü doğrultmaqdadır. Qarşıdakı illərdə bu göstəricinin aşağı düşəcəyini gözləmək olar. Buna səbəb isə ölkə iqtisadiyyatının neft üzərində qurulması və digər sektorların inkişaf etdirilməməsidir. Yaranmış vəziyyətin qarşısını necə almaq olar?
Iqtisadçı-ekspert Samir Əliyev ölkənin gəlirlərinin neft hesabına formalaşdığını xatırlatdı. Iqtisadi artım və ÜDM-in artımı bir neçə il neftin qiymətinin kəskin bahalaşması ilə bağlı oldu. Lakin 2009-cu ildə baş verən qlobal maliyyə böhranı vəziyyəti xeyli dəyişdi. Rəsmilər etiraf etməsə də, neftin qiymətinin ucuzlaşması ölkə iqtisadiyyatına mənfi təsir etdi. Bu da Azərbaycan iqtisadiyyatının əsasən neftin üzərində qurulduğunu bir daha təsdiqlədi.
Ekspert, həmçinin son dövrlər Azərbaycanın neft istehsalında azalmanın olduğunu da vurğuladı. Bu isə ÜDM-nin həcmində özünü göstərdi.
S.Əliyevin sözlərinə görə, ölkənin neftdən asılılığı getdikcə artır. Bu səbəbdən neftin qiymətində baş verən azalmalar ölkə iqsadiyyatına mənfi təsir edir. Bunun qarşısını almaq üçünsə iqisadiyyatın başqa sektorları inkişaf etdirilməlidir.
Fizzə