Bir qədər əvvəl fəaliyyətini dayandıran “Catel” Birgə Müəssisəsinin mobil abunəçiləri (040-la başlayan nömrə sahibləri) “Azərfon” şirkətinin şəbəkəsinə keçə və onun xidmətlərindən istifadə edə bilərlər.
APA-nın məlumatına görə, bu barədə “Azerfon”un baş icraçı direktoru Yurgen Peetz bildirib. “Onlara bizim şəbəkəyə köçərək ondan istifadə etmək imkanı yaradılıb, artıq bu proses gedir” – deyən şirkət rəhbəri bu prosesin təzəcə başladığını və yaxın vaxtlarda 040 prefeksinin aktivləşəcəyini söyləyib.



