abd-kongres

ABŞ Konqresi diktatorlara müharibə elan etdi

Büdcənin müzakirəsi zamanı konqresmenlər avtoritar rejimlərə bütün yardımları kəsməyi tələb etdilər

Dünən ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində 2012-ci il büdcəsi müzakirə olunub. Büdcənin müzakirəsi zamanı bir sıra konqresmenlər diktatura rejimlərinə yardım göstərilməsinin əleyhinə çıxıblar.
“Şərqi Avropa və Yaxın Şərqin bir çox avtoritar liderləri ABŞ-dan xarici dəstək alsalar da, bizim dəstəklədiyimiz dəyərləri açıq şəkildə inkar edirlər. Demokratiya, təhlükəsizlik və rifah ABŞ-ın arxasında durduğu universal dəyərlərdir. Amma bu dəyərləri ayırmağa cəhd göstərən liderlər hələ də bizdən dəstək almaqda davam edirlər. Bu siyasətə dərhal son qoymalıyıq”,- deyə konqresmen Connie Mack bəyan edib.
“Amerika vergi ödəyiciləri pullarının avtoritar rejimlərə və bizim inandığımız dəyərləri dəstəkləməyənlərə xərclənməsinə qəti şəkildə ”yox” deyir”, deyə konqresmen Steve Chabot əlavə edib. Ümumilikdə konqresmenlərin demək olar ki, 98%-i büdcə vəsaitinin xarici yardımlar üçün səmərəsiz xərclənməsinə qarşı çıxıblar(Turan).