Klinton və Davudoğlu Bakı ilə İrəvana mesaj yolladı

Dost və qonşu dövlətlər xalqların tələblərini diqqətə almalıdır

 

Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton səfərinin yekunları, keçirilın görüşlər və aparılan danışıqlar barədə jurnalistlərin suallarını cavablandırıb.

Türkiyəli həmkarı Əhməd Dauvtoğlu ilə birgə keçirilən mıtbuat konfransında ABŞ rəsmisinin sözlərinə görə aparılan ikitərəfli danışıqlar zamanı Türkiyə-Ermənistan münasibətləri daxil olmaqla Qafqaz regionunda baş verən proseslər barəsində geniş fikir mübadiləsi aparılıb. Davudoğlu isə dost və qonşu bölgə ölkələrinin daha güclü siyasət aparmaları üçün ən əsas şərtin xalqın tələblərinin diqqətə alınması olduğunu söyləyib.

Türkiyədəki mənbənin “Azadlıq”a verdiyi məlumata görə, Hillari Klinton və Əhməd Davutoğlu arasında aparılan danışıqlar zamanı Qafqaz ölkələrindəki vəziyyət, o cümlədən Azərbaycan və Ermənistanda demokratik proseslərin sürətləndirilməsi məsələsi müzakirə edilib. Mənbə bildirib ki, rəsmilər Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təminatı demokratik institutların inkişafından asılı olduğunu söyləyiblər.