Intellektual millət

2008-ci ilin yanvar ayının 31-dən Qazaxıstanda “Intekllektual millət-2020″ proqramı gerçəkləşdirilir. Proqram barədə danışmaq fikrim yoxdur, nədən ki, adı mahiyyətinə ayna tutur.

Qazaxıstan türklərini təbrik etməyə dəyər. Və ən böyük minnətdarlıq Qazaxıstanın dövlət başçısı Nazarbayevə düşür.O Nazarbayevə ki, Qazaxıstanda avtoritar bir rejim yaratmağa nail olub, son nəfəsinədək taxt-tacı əldən verməyəcək, versə də, qızı Dariqadan savayı kimsə o posta yaxın durmağa cəsarət etməyəcək.

O Nazarbayevə ki, Qazaxıstanın var-dövlətini atasının malı kimi qamarlayıb, milyardlarla dollar sərvətə sahibdir. Bütün bunlara baxmayaraq, padşahın millətinə sahib çıxması təqdirəlayiqdir və təkcə bu proqramı həyata keçirməklə, Nursultan Nazarbayev qazaxlar üçün çox əhəmiyyətli bir işə qol qoyub.Neçə il əvvəl paytaxtı az qala tam ruslaşmış Alma-Atadan Astanaya köçürən Nazarbayevin növbəti addımından yəqin ki,   Azərbaycandakı həmkarı Ilham Əliyevin də xəbəri var. Və Azərbaycanın da belə bir proqrama ehtiyacı olduğunu üç hərfli anatomik orqanlarından yalnız başı ilə düşünənlər təsdiq edər.Güman ki, YAP-ın boşboğaz ideoloqları bu yazını oxuyanda hoppanıb-düşəcək və məni qərəzçilikdə suçlayacaq. Başlayacaqlar Ilham Əliyevin elmə atalıq qayğısından, analoqsuz iqtisadi inkişafımızdan, 900 min iş yerinin açılmasından danışmağa.

Gerçəkdən hökumət üzvlərinin və institut direktoru olan akademiklərin şəxsi büdcələri analoqsuz inkişaf edir, bununla 100 faiz razılaşıram, ancaq Azərbaycanda elmin də inkişaf etdiyini deyənlərin nə qədər qeyri-səmimi olduğunu vurğulamaq lazımdır. 
Azərbaycanda Milli Elmlər Akademiyası var, bu akademiyanın sahə institutları var, bunu kim inkar edə bilər ki?

Və bu institutlarda çalışan elmi işçilər elmi axtarışlarla məşğuldur, elmi tədqiqatlar, araşdırmalar aparırlar, bunu da təsdiq edirəm. Ancaq ALIM çox azdır, barmaqla sayılır.

Çünki o alimin yetişməsi üçün münbit şərait yoxdur.

Münbit şəraitin də nədən ibarət olduğunu yazmağa lüzum görmürəm, nədən ki, təkcə bir fakt – alimin maaşının mədə probleminin həllində aciz durumda olması faktı ALIM söhbətinə biryolluq nöqtə qoymağı diqtə edir.

Keçək, Ilham Əliyevin açdığı 900 min iş yerinə.

Şəkkiniz olmasın deyə, lütfən, Dövlət Statistika Komitəsinin internet səhifəsinə (http://www.azstat.org/workplace/az/004.shtml) daxil olub iqtisadi fəaliyyət növünə görə yeni açılmış iş yerlərinə nəzər yetirin. Görəcəksiniz ki, gözə soxduqları yeni iş yerlərinin çox az bir qisminin intellektlə əlaqəsi var.Son 15 ildə Azərbaycanda ticarət, xidmət və iaşə müəssisələrinin sayı bəlkə də yüz dəfə, min dəfə artıb. Yəqin razılaşarsınız ki: – dəlləkxanaların;

Bazarlarda, yarmarkalarda alver edənləri necə, intellektual sferaya aid etmək olar?
Düzünə qalsa, bu mövzu geniş müzakirə olunmalıdır. Nədən ki, söhbət bir millətin taleyindən gedir. Bazara aludəçiliyimiz bizə baha oturacaq. Özünü ziyalı adlandıranlara, alim kimi özünü təqdim etməkdən qürur duyanlara müraciət edirəm.Cənablar, nədən millətin düçar olduğu bəlaya biganəsiniz?
Nədən susursunuz?Bisavadlığın millətə baş ucalığı gətirmədiyinin fərqindəsiniz, ya yox?…Işdir, Moskvada Elmlər Akademiyası zəlzələdən dağılsa, neçə soydaşımız zərər çəkər? Rusiyadakı bazarlardan biri zəlzələyə tuş gəlsə, nə qədər soydaşımız faciə ilə üzləşər?
Bu iki sualı bir oxucum e-mail ünvanıma göndərib.
O sualları mən də sizlərə ünvanlamağı zəruri saydım.